İraqın hazırki Baş naziri Nuri-Əl Maliki paytaxt
Bağdadda həftəlik yığıncağını keçirib.
Axar.az xəbər verir ki, bir sıra ciddi məsələlərə toxunan Baş
nazir gələcək haqda bədbin proqnozlar verib.
Onun sözlərinə görə, prezident kürd olmalıdır: "İraq prezidenti
kürdlərdən seçilməlidir. Həm də ən qısa müddətdə. Bu post üçün
seçiləcək kürd namizəd yetkin bir şəxsiyyət olmalıdır. Seçiləcək
prezident və parlament sədri İraqın parçalanmasına və bölünməsinə
mane olmalıdır".
Qeyd edək ki, Maliki çıxışında İraqın parçalanmasının qonşu
ölkələrə də təsir edəcəyini açıqlayıb: "Təkcə İraq coğrafiyası
bölünməyəcək. İraqın sərvəti də bölünəcək. Bu, qonşu ölkələrə çox
ciddi təsir edəcək".
Xatırladaq ki, İraq əhalisinin 65 faizini ərəblər, 17 faizini
kürdlər, 13 faizini isə Azərbaycan mənşəli türkmanlar təşkil
edir.