Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Misirdə balaban qalmaqalı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində Misir Mədəniyyət Nazirliyi tərəfindən Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "VI Beynəlxalq Səmaa Dini Musiqi Festival"-ında Azərbaycanın da iştirak etdiyi 12 ölkə təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, festivalın açılış günüdə 3 nəfərdən 2-i erməni olmaqla Rusiyanı təmsil edən iştirakçıların çıxışı azərbaycanlılar tərəfindən ciddi narazılıqla qarşılanıb.

Buna səbəb, Avetis Manukyan tərəfindən ifa olunan milli musiqi alətimiz olan balabanın Ermənistanın nəfəs musiqi aləti kimi təqdim edilməsi olub. Bununla yanaşı, Misir Mədəniyyət Nazirliyi tərəfindən paylanılan xüsusi proqram kitabçasında Rusiya Federasiyasını təmsil edən iştirakçıdan birinin doğulduğu yer kimi Xankəndinin Ermənistan ərazisi kimi qeyd olunması Azərbaycanı təmsil edən nümayəndə heyətinin kəskin etirazına səbəb olub.

Diaspor nümayəndələri bu barədə misirli festival təşkilatçılarına və iştirakçılara məlumat verib, bu məsələ ilə bağlı öz etiraz və iradlarını bildiriblər. Nəticədə ermənilərin yekun bağlanış konsertində iştirakı qadağan olunub ( Trend ).

Tarix
2013.11.25 / 16:17
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Avropadan dönərlə bağlı qərar

ABŞ təyyarədə Qüdsü anons edən pilotu saxladı

Yəhudi deputatdan Ərdoğanla bağlı çağırış

Netanyahudan İstanbuldakı Qüds qərarına - Reaksiya

Yəhudilər, BMT-yə əhəmiyyət verməyin - Qalmaqallı çağırış

Saakaşvilini bunda ittiham etmirik - Kiyev geri çəkildi

İsrail Qəzzadan buraxılan 2 raketi məhv etdi

FES-dən mühüm qərar: dollar bahalaşdı

Yunan həmkarından Nalbəndyana Ərdoğan mesajı

Sadıqovdan Saakaşviliyə: Rusiyanı və Putini... - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla