Yuxarı

ABŞ rəsmisi XİN-ə çağırıldı - Gərginlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haiti hökuməti Prezident Donald Trampın ölkələri haqqında səsləndirdiyi fikirlərə görə ABŞ nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb.

Axar.az xəbər verir ki, NBC Nyus telekanalının müxbiri Haitinin ABŞ-dakı səfiri Pol Altidorla bu məsələ ilə bağlı ətraflı danışdığını bildirib. Pol Altidorun sözlərinə görə, Tramp ya səhv məlumatlanıb, ya da pis tərbiyə olunub.

"Mən indi Haitinin ABŞ-dakı səfiri Pol Altidorla danışdım. O, Haiti hökumətinin Trampın bu bəyanatını qətiyyətlə pislədiyini söyləyib. Haiti hökuməti Trampın bəyanatlarının izahı üçün ABŞ nümayəndəsini çağırıb".

Qeyd edək ki, Donald Tramp Haiti, Salvador və Afrika ölkələrindən gələn miqrantlar haqqında xoşagəlməz sözlər deyərək, onlarla kompromis razılaşmanı imzalamaqdan imtina edib.

Tarix
2018.01.12 / 14:29
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla