Ana səhifə Planet |
Birləşmiş Ərəb Əmirlikləri Qətər şeyxi Abdulla bin Əli əs-Sanini zorla ölkə ərazisində saxlayır.
Axar.az xəbər verir ki, bunu əs-Saninin özü Yutubda paylaşdığı video müraciətdə bildirib. O, BƏƏ-də zorla saxlanılmasının əsas səbəbkarının Əbu-Dabi vəliəhdi şeyx Məhəmməd olduğunu bildirib. Onun sözlərinə görə, hazırda BƏƏ-də əsirdir.
BƏƏ rəsmiləri Saninin yaydığı informasiyanı təkzib ediblər. Əbu-Dabi Ektremizmlə Mübarizə və Təhsil Mərkəzinin rəhbəri Əli Rəşid ən-Nuaymi öz Tvitter səhifəsində əs-Saninin istənilən yerə gedə bilmək azadlığı olduğunu bildirib.
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı başda olmaqla 8 ölkə Qətərlə münasibətləri kəsib. Tərəflər arasında sonradan münasibətlərin düzəldilməsi üçün Qətər şeyxi əsas vasitəçi təyin edib.
Tarix
2018.01.15 / 10:05
|
Müəllif
İlkin Həsənov
|