Yuxarı

Bu günə qədər neçə sərnişin təyyarəsi vurulub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən sərhəd pozulması, bəzən də döyüş əsnasında qəsdən vurularaq salınan sərnişin təyyarələrinin sayı dünən baş verən məlum hadisə ilə 23-ə çatıb.

İlk dəfə sərnişin təyyarəsinin vurulması İkinci Dünya müharibəsi dövrünə təsadüf edir. "Fin Aero O/Y" hava yollarına məxsus təyyarə Sovet ordusu tərəfində vurulub. Hadisə nəticəsində 9 sərnişin və 2 ekipaj üzvü həyatını itirmişdi.

Malayziya Hava yollarına aid sərnişin təyyarəsinin vurulması hadisəsi 2007-ci ildə Moqadişuda baş verib. "TransAvia Export" Hava yollarına aid İlyuşin LL-76 tipli təyyarə Somalidə vurulub. Hadisə nəticəsində 11 nəfər həlak olub.

4 oktyabr 2001

Qara dəniz üzərində uçan Sibir Hava yollarına aid Tupolev 154 təyyarəsi, S-200 tipli raketlə səhvən vurulub. Hadisə nəticəsində 66 sərnişin və 12 ekipaj üzvü həyatını itirib.

3 iyul 1988

Bəndər Abbasdan Dubaya uçan İran Hava yollarına aid Airbus A-300 tipli sərnişin təyyarəsi, ABŞ Donanmasına aid "VINCENNES" gəmisi tərəfindən "düşmən təyyarəsi" zənn edilərək SM-2MR tipi hava mərmisi ilə vurulub. Təyyarədə olan 290 sərnişin və ekipaj üzvü həlak olub.

1 sentyabr 1983

Cənubi Koreyaya aid Boinq 747 tipli təyyarə, naviqasiya sistemlərində meydana gələn qəza səbəbilə Moneron adaları yaxınlığında Sovet hava sahəsinə girib. Su-15 təyyarələri tərəfindən vurulan sərnişin təyyarəsindəki 269 sərnişin və ekipaj üzvü həlak olub.

21 fevral 1973

Benqaliyadan Qahirəyə uçan Liviya Hava yollarına aid Boinq 727 təyyarəsi, pis hava şərtləri səbəbilə itkin düşüb. Hava Qəzası İdarəsindən kömək ala bilməyən pilotlar səhvən İsrail hava sahəsinə girib və İsrail Hava Qüvvələrinə məxsus F-4 qırıcıları tərəfindən vurulub. Hadisə nəticəsində 113 sərnişin həlak olub. Yalnız biri pilot olmaqla 5 nəfər xilas ola bilib.

20 aprel 1978

Murmansk yaxınlığında Sovet Hava Sahəsinə girən Cənubi Koreya Hava yollarına məxsus Boinq 707 təyyarəsinə atəş açılıb. Hadisə nəticəsində 2 sərnişin həyatını itirsə də, pilotlar təyyarəni donmuş çöllükdə endirə bilib.

Tarix
2014.07.18 / 22:56
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla