Yuxarı

Qoyunlar ABŞ hərbi bazasını çarəsiz duruma saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada qoyunlar ABŞ-ın “Aegis Ashore” raket əleyhinə strateji komplekslərinin fəaliyyətinə maneə yaradıblar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Frans Press” agentliyi yayıb. Heyvanların komplekslərin yerləşdiyi Deveselu bazasının beton hasarlarına yaxınlaşması nəticəsində həyəcan siqnalları işə düşüb.

Məsələnin həll edilməsi üçün Amerika bazasının komandanı Rumıniya Müdafiə Nazirliyinə müraciət edib. Baza rəhbərliyi qoyunlar sayəsində minimal təhlükəsizlik tələblərinə və qurğuların fəaliyyətinə maneə yarandığını bildirib. Bunun həll edilməyəcəyi təqdirdə Rumıniyanın beynəlxalq razılaşma çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi haqda rəy yaranacağı qeyd edilib.

Qoyunların sahibi Dumitru Blejan isə Amerika bazasından 18 min avro dəyərində kompensasiya tələb edib. Bleja öz qoyunlarını yalnız bu kompensasiya nəticəsində nəzərdə tutulan ərazidən uzaqlaşdıra biləcəyini açıqlayıb.

Qeyd edək ki, Deveselu bazası 2016-cı ilin mayında açılıb. Onun tikintisinə ABŞ 800 milyon dollar xərcləyib.

Tarix
2018.01.17 / 17:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla