Yuxarı

Tarixin ən güclü blokadası: Bir şəhərin dəhşətli faciəsi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Leninqrad (indiki Sankt-Peterburq) blokadasının yarılmasından 75 il ötür.

Axar.az xəbər verir ki, Leninqradı zəbt etmək almanların strateji və siyasi məqsədlərində mühüm yer tuturdu. Müharibənin ilk günlərindən Leninqrad ətrafında bir neçə zolaqdan ibarət müdafiə sistemi yaradıldı. Müdafiə sədlərinin tikintisində şəhərin 100 minlərlə sakini iştirak edirdi. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları 1941-ci il sentyabrın 8-də Leninqradın qurudan yolunu kəsməyə nail oldular.

Şəhərin blokadası başlandı. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsi ilə saxlanılırdı. Hitler komandanlığı şəhəri bombardman edir və atəşə tuturdu. Blokada yalnız 1943-cü ilin yanvarında yarıldı. Həmin ay Leninqrad və Volxov cəbhələrinin birgə əməliyyatları ilə 8-11 km enində "dəhliz" açıldı ki, şəhər də bu dəhlizdən təchiz edilirdi.

Blokada qəti olaraq 1944-cü ilin yanvarında götürüldü.

29 ay davam edən blokada zamanı şəhər öz tarixinin ən ağır günlərini yaşadı.

3 milyonluq şəhər əhalisindən yalnız 1 milyonu mühasirədən sağ çıxmağı bacarmışdı.

Kimisi xəstəlikdən, kimisi döyüşlərdən və böyük əksəriyyəti də aclıqdan dünyasını dəyişmişdi.

Həmin dövrü bütün çılpaqlığı ilə göstərən fotoları təqdim edirik:

Tarix
2018.01.18 / 23:37
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla