Yuxarı

Dünyanı məhv edəcək 2018 savaşı: Tramp buna getsə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Çin arasında ticarət sahəsində savaş yaşana bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Vol Strit Jurnal” qəzeti çıxış edib. Qəzet ABŞ-ın Çinin ixracatlarına qarşı özəl məhdudiyyətlər hazırladığını bildirib:

“Bu, “Titanların savaşı” ola bilər. Əgər savaş gerçəkləşsə, o zaman bu, 1980-ci illərdə Yaponiya televiziya və maşınlarına qarşı başlayan savaşa bənzəyə bilər. Ancaq bu dəfə tərəflərin gücləri balanslıdır. ABŞ indiyə qədər heç vaxt Çin kimi iqtisadi böyüklüyü, industrial bacarıqları və qlobal maraqları olan ölkə ilə qarşı-qarşıya gəlməyib. Əgər Yaponiya ABŞ-ın müttəfiqiydisə, Çin indi daha çox rəqib statusuna sahib olur. Bu isə qisasa-qisas savaşının yaranmasına gətirib çıxara bilər”.

“Vol Strit Jurnal”ın iddiasına görə, dünya bu savaşa hazır deyil:

“Şimali Koreya böhranı ilə bərabər, Çinlə ABŞ arasındakı ticarət savaşı 2018-ci ildə dünya iqtisadiyyatını məhv edə bilər. Bu ticarət savaşı təkcə müharibə aparan tərəfləri yox, digər ölkələrə də təsir edəcək. ABŞ-ın müttəfiqləri ilk zərərçəkənlər olacaqlar. Əgər savaş böyüsə, dünya birjalarındakı vəziyyət fəlakət səviyyəsinə çatacaq. Bu, əslində Trampın əsas hədəflərindən biri ola bilər. Çünki Tramp Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün ABŞ-ın ən böyük səhvi olduğunu düşünür”.

Tarix
2018.01.19 / 10:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan razılaşdı: 4 kəndlə bağlı qərar verildi - Təcili

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla