Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2017


Günəş Yer kürəsini dağıtmağa hazırlaşır - Elm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1994-cü ildə medium Vanqa nənə dünyanı dəhşətə salan növbəti açıqlamasını verdi:

"18 il sonra Yer Günəşdən üz döndərəcək. Əvvəllər isti olan ərazilər artıq buz bağlayacaq, nəticədə isə əksər heyvanlar məhv olacaqlar. İnsanlar enerjiyə görə savaşacaqlar, ancaq onların ürəklərindəki məhəbbət bunu saxlamağa kömək edəcək. Sonra isə zaman yenidən geriyə dönəcək. Dalğalar bir çox ölkələri yuyub yer üzündən siləcək".

Əgər mediumun dediklərinə inansaq, belə çıxır ki, minillərdir bizi isidən Günəş, yaşadığımız planetdə qlobal qəzanın yaranmasına şərait yarada bilər.

Proqnozlar

Görəsən, bununla bağlı alimlər hansı proqnozu verirlər? Onlar bu kor qadının öncədən söylədiyi böyük təhlükəni təsdiqləyirlərmi? Axı əvvəlcədən işarə edilmiş hadisələr məhz bu il həyata keçməlidir. Görünür ki, son illər həqiqətən bizim əsas işıq mənbəyimiz özünü elə də adekvat aparmır. Məsələ burasındadır ki, XIX əsrin ortalarında alman astronomu Henrix Şvab yeni qanun hazırladı. Bu qanuna görə, Günəşdə aktivliyin qalxması və itməsi 11 illik dövr ərzində müşahidə olunur. Ləkələrin sayının çoxluğu günəşdə aktivliyin artmasının, onun itməsi isə zəifləməsinin göstəricisidir. Artıq iki yüz ildir ki, alimlər bu prosesi davamlı olaraq izləyirlər və indiyə qədər heç bir pozuntu ilə rastlaşmayıblar. Lakin indi məsələ bir az qəlizləşib. Görünür, Günəş bizim üçün sürpriz etmək qərarına gəlib. 2008-ci ildən etibarən o, yeni perioda daxil olmalı və belə olacağı təqdirdə aktivlik hazırda ən yüksək səviyyədə özünü göstərməli idi. Əlbəttə ki, ortaya sual çıxır: görəsən, bu, planetimiz üçün nə ilə nəticələnə bilər? Axı Günəşdə olan istənilən dəyişiklik bizim həyatımıza da təsir edir. Ən azından bunu dünya alimləri deyirlər.

Buz dövrü

Gəlin təsəvvür edək ki, Günəş hələ uzun müddət oyanmayacaq. Bu zaman nə ola bilər? Cavab çox asandır. Sadəcə olaraq, bizdən öncəki tarixə baxmaq lazımdır. Çünki belə hallar bizə qədər də baş verib. Məsələn, XIV, eləcə də XVII əsrin ortaları və XVIII əsrin əvvəllərində Günəşdə ləkələr demək olar ki, yox dərəcəsində idi (alimlər belə təzahürü "minimum Maundera" adlandırırlar). Bu vədələr yer üzündə kiçik buz dövrü hökm edirdi. "Parisli Matveyin xronikası"nda 1312-1315-ci illər arası İngiltərə, Şotlandiya, Almaniya və Fransanın şimalında ilin isti günlərində yağışlı havanın, soyuq günlərində isə dəhşətli dərəcədə şaxtaların hökmranlıq etməsi ilə bağlı məlumat verilir. Hətta İtaliyanı da soyuqlar öz cənginə almışdı. Əkinsiz keçən bir neçə il Avropada kütləvi aclığın baş qaldırmasına səbəb olmuşdu. XVII-XVIII əsrlər isə özünün kəskinliyi və sərtliyi ilə seçilir. Avropanın cənubunu soyuqlar öz hakimiyyəti altına almışdı. Vəziyyət hətta o dərəcəyə çatmışdı ki, 1621-1669-cu illərin qış aylarında Bosfor boğazında sular tam donmuşdu. İtaliya şəhərləri tam şəkildə qarla örtülmüşdü. Fransızlarla almanlar isə 1664-1665-ci illərin qış aylarında köç edən quşların ölərək yerə düşdüyünü müşahidə etmişdilər.

Dalğalar ölkələri yuyur

Lakin Günəşin əvvəl-axır öz aktivlik dövrünün ən maksimum həddə çatacağı ilə bağlı versiya da var. Amma alimlər ən çox başqa şeydən qorxurlar. Onlara görə bu möhtəşəm işıq mənbəyi qəflətən oyana və elə məhz bu zaman özündən fəzaya güclü ion axınının buraxmasına səbəb ola bilər. NASA alimlərinin hesablamasına görə bu, 2013-cü ildə özünü göstərəcək. Bəs, görəsən, oyanış yer üzünü nə ilə təhdid edir? Bu an Vanqanın öncədən söylədiklərinə diqqət etmək yerinə düşər.

"Dalğalar çox ölkələri yuyacaq"

Əslində burada məntiq var. Çünki Günəş Yer planetində seysmik və vulkanik proseslərə çox güclü təsir etmək qabiliyyətinə malikdir. Alimlər müəyyən ediblər ki, günəşdə aktivliyin yüksəlməsi planetimizdə zəlzələlərin baş verməsinə və vulkanların partlamasına səbəb yaradır. Məsələn, bundan əvvəlki dövrdə maksimum aktivlik 2001-ci ildə müşahidə olunub. Nəticədə Yer 1999-cu ilin sonlarında 2004-cü ilə qədərki dövrdə seysmik dalğaların törətdiyi qəzaları müşahidə etmək məcburiyyətində qalıb. Fərziyyələr görə, 2011-ci ildə Yaponiyada baş verən zəlzələ, məhz Günəşin Yerə güclü təsiri nəticəsində mümkün olub. Bu təsir planetə martın 10-da daxil olsa da, ayın 11-də özünü göstərib. Nəticədə, tez bir zaman ərzində Günəşin doğulduğu ölkənin başını bəla aldı. Bunun sayəsində təxminən güman etmək olar ki, işıq mənbəyində olan günəş tufanı yer üçün nə ilə nəticələnəcək.

Zaman müharibə və inqilablarındır

Hələ 1930-cu illərdə sovet alimi Aleksandr Çijevski "kosmik hava" anlayışını irəli sürmüşdü. O, hər kəsin bütün diqqətini günəşdə olan dəyişikliklərə yönəltməsini istəyirdi. Alimə görə bu cür hallar yer kürəsində mövcud olan bütün canlı həyata təsir edir. Məsələn, taxıl əkini, heyvanların, balıqların, həşəratların öz yerlərini dəyişməsi və təbii artımı məhz bu amillərlə əlaqədardır. Günəşdə güclü aktivlik və geomaqnit qasırğalar insanlarda xroniki xəstəliklərin meydana gəlməsinə, çoxlu gözlənilməz və xoşagəlməz hadisələrin baş verməsinə və səbəbi məlum olmayan ölümlərin sayının artmasına şərait yaradır. Bundan əlavə bizim "qaynar ulduz"umuz insanlara təkcə fiziki yox, həm də psixi baxımdan çox güclü təsir edir. Bunu sübut etməkdən ötrü bizdən öncəki tarixə yenidən nəzər yetirmək lazımdır. Günəşdə aktivliyin maksimuma qalxdığı dövrlər ərzində insanlığın taleyinə çox güclü təsir edəcək mühüm hadisələr baş verib:

1905 və 1917-ci illər Rusiya inqilabı, 1939-cu il İkinci Dünya Müharibəsi, 1991-ci il SSRİ-də dövlət çevrilişi.

Günəşdə olan aktivliyin və yerdə baş verən proseslərin (sosial hadisələr də daxil olmaqla) arasında əlaqənin olmasını rus alimi Yuri Zayçev artıq çoxdan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu fəallıq yenidən sosial partlayışlara – müharibələrə, inqilablara, mənəvi, iqtisadi və digər böhranlara səbəb ola bilər.

Elektroapokalipsis

NASA-nın Günəşin müşahidəsi ilə məşğul olan mütəxəssisi Riçard Fişer gələcək üçün elə də ürəkaçan olamayan, çox kədərli proqnoz verib. Onun fikrinə görə, 2013-cü ildə yer kürəsində qlobal texnogen qəza baş verə bilər: "Maqnit qasırğası kommunikativ və kompüter sistemlərinin, telefon və peyk əlaqələrinin sıradan çıxmasına, aeroportların işində problemlərin yaranmasına səbəb olacaq".

NASA-da baş verə biləcək kataklizmlərin ssenariləri Hollivud qəza filmlərinin süjetlərinə bənzəyir. Beləliklə, 2014-cü ildə Günəşdə iki güclü partlayış baş verəcək, hansı ki, bu, yerdə geomaqnit qasırğanın meydana gəlməsinə səbəb olacaq. Bunu dünyanın müxtəlif bölgələrində yaşayan insanlar müxtəlif cür, amma bu dəfə əvvəlkilərə nisbtən daha güclü hiss edəcəklər. Bu zaman hərfi mənada dünyanın sonu çatacaq. Daha dəqiq desək, elektrikin sonu olacaq. Bir an içərisində bütün enerqosistemlər, həddindən artıq yüklənəcək bütün transformatorlar sıradan çıxacaqlar.

NASA-nın proqnozlarına görə, ABŞ-a ediləcək "kosmik hücumu"n elə ilk 90 saniyəsi ərzində əsas açar olan transformatorlar sıradan çıxacaqlar. Bunun da nəticəsində 130 milyon insan elektrik enerjisindən məhrum olacaq. Doğrudur, gün vurmasının özü əksər insanlar üçün elə də təhlükəli deyil, amma onun nəticələri... Təkcə elektroenergetikanın yenidən bərpa edilməsinə aylarla vaxt sərf ediləcək. Bu zaman ərzində meyvələrin saxlanması üçün gərəkli olan bütün soyutma sistemləri, benzindoldurma məntəqəsi, qaz və neft emalı, nəqliyyat və digər başqa şeylər fəaliyyət göstərmiyəcəklər. Hətta xəstəxanaların hər şeydən kənarda mövcud olan əlavə enerji ehtiyatı da sonrakı günlər ərzində fəaliyyət üçün kifayət etməyəcək. Bu şəkildə sistemin sıradan çıxması Yer üçün milyonlarla itkilərin baş verməsinə gətirib çıxaracaq.

Bir sözlə, Günəşin qəfil oyanışı yer üzündə olan insan həyatını və digər canlıların fəaliyyətini bir an içində tamamilə dəyişdirə bilər. Bunun sayəsində isə bəşəriyyət öz tarixində yeni bir dövrə qədəm qoymaqla qarşı-qarşıya qalacaq.

Tarix
2013.11.25 / 21:49
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Ermənistan-Türkiyə sərhədindən rus hərbçilər çıxır?

Ərəb şeyxləri İrəvanda: erməniləri xilas edirlər?

Türkiyə Qorxmazı ABŞ-dan tələb etdi

ABŞ İŞİD-çilərdən Yeni Suriya Ordusu yaradır - Şok

İranda daha bir zəlzələ

Koreya raketləri ABŞ-ı vura bilərmi? – Mettis

Yeni sanksiyalar Rusiyanı buna məcbur edəcək – Klimkin

ABŞ İranın 16 milyardlıq sazişini ləğv edə bilər

Dünyanı idarə edən 12 gizli yəhudi ailəsi - Sensasiya

Tramp: “Biz ən pisləri əldə edirik”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla