Yuxarı

Bizsiz Türkiyə Suriyada qalib ola bilməz - İran

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Asiya islam dünyasının ürəyi olaraq qalacaq.

Axar.az xəbər verir ki, bunu Tehranda Qüdslə bağlı keçirilən konfransda çıxışı zamanı İran Ali dini liderinin baş müşaviri Əli Əkbər Vilayəti söyləyib.

“İmperializm tarix boyunca Qərbi Asiyaya (Yaxın Şərq) hakim olmağa çalışıb. 1916-cı ildə imzalanan “Sayks Pikot” razılaşması ilə Qərbi Asiya torpaqları parçalandı. İngiltərə Fələstin və İraq torpaqlarına haqlarını irəli sürərək, bölgəni yəhudiləşdirməyə çalışdı. ABŞ və Avropanın Yaxın Şərq siyasətinin əsas hədəfi Qərbi Asiya sərhədlərini dəyişməkdir. Onlar bununla Qafqaz və Mərkəzi Asiyaya da yayılmaq istəyirlər. Bu layihə sayəsində Çin və Rusiya sərhədlərinin hakim olmağa çalışırlar”, – deyə o bildirib.

Onun sözlərinə görə, Suriyadan sonra Qərbin hədəfi İran olacaq:

“Bu arzularını ilk olaraq İraqda yeni Kürdüstan dövlətinin qurulması ilə həyata keçirmək istədilər. İranın yardımı ilə İraqın ərazi bütövlüyü qorundu. Burada qurulacaq kürd dövləti İsraillə sərhəd olmağımız demək idi”.

O, həmçinin, Türkiyənin Afrin əməliyyatlarına da reaksiya verib. Vilayəti İran olmadan Suriyada heç bir ölkənin uğur əldə edə bilməyəcəyini söyləyib.

Tarix
2018.01.23 / 12:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həll olunması bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla