Yuxarı

Türk generalın hücum taktikası hamını şoka saldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Afrində əməliyyat təşkil etmək üçün 3 ay hazırlıq aparıb. Əməliyyata rəhbərlik edən İsmayıl Mətin Temel paşanın tətbiq etdiyi strategiyalar PYD terror qruplaşmasını şoka salıb.

Axar.az xəbər verir ki, bu barədə Haber-7 yazıb.

Məlumata görə, Afrin əməliyyatı çərçivəsində bütün hədəflər tək-tək müəyyən edilib. Belə ki, türk ordusu Afrinin istənilən küçəsi, hətta evləri barədə ayrı-ayrılıqda məlumat toplayıb. Əməliyyata hazırlıqlar çərçivəsində kəşfiyyat idarəsi, ASO, PUA-lar və “Bordo bereli”lər uzun müddət ərazidə kəşfiyyat aparıblar. Afrində çəkilmiş fotoları və peyk görüntülərini təhlil edən Türkiyənin kəşfiyyat idarəsi ordu üçün hədəf siyahısı hazırlayıb.

Türk ordusu hədəfin növündən asılı olaraq, hansı hədəfin hansı silahla vurulacağını da müəyyən edib. Əməliyyata rəhbərlik edən general Mətin Temelin PYD-ni şoka salan strategiyası isə gündüz saatlarında və hərəkətliliyin müşahidə olunduğu bölgələrin əvəzinə gözlənilməz ərazidən hücuma başlamaq olub.

Qeyd edək ki, əməliyyat başladıqdan sonra da ehtiyatı əldən verməyən Türkiyə Silahlı Qüvvələri mütəmadi olaraq zərbə endirilmiş koordinatları yoxlayır.

Tarix
2018.01.23 / 15:24
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla