Yuxarı

ABŞ-dan PYD-yə zərbə, Türkiyəyə dəstək - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:41

Əgər PYD/YPG qruplaşması İŞİD-ə qarşı təşkil edilən əməliyyatlarda iştirak etməzsə, bizim dəstəyimizi itirəcək.

Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Adrian Rankin Qollavey jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ bölgədə olan qüvvələrə əmr vermir:

“Biz İŞİD-ə qarşı döyüşən qüvvələrə təlim, dəstək və tövsiyə veririk. Onlara əmr vermirik. Bu, bizim işimiz deyil”.

Daha sonra Qollavey Suriyanın şimalını xəritədə göstərərək bunları qeyd edib:

“Deyək ki, buralarda bir yerdə YPG birliyi “Artıq İŞİD-lə mübarizə aparmırıq, Afrindəki qardaşlarımızı dəstəkləməyə gedirik” deyərsə, o zaman meydanda tək qalarlar və bizim müttəfiqimiz ola bilməzlər”.

Sözçü əlavə edib ki, YPG-yə verilən silahlar yalnız İŞİD-ə qarşı mübarizə aparmaq təyinatı daşıyır.

Tarix
2018.01.23 / 22:35
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla