Yuxarı

Pensin İsrail səfəri: ABŞ yeni Yaxın Şərq layihəsini başlatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayk Pensin İsrail səfəri Trampın yeni Yaxın Şərq siyasətinin başlanğıc nöqtəsini müəyyən etmək üçün vacibdir.

Axar.az xəbər verir ki, bunu “Gazeta.ru”ya açıqlamasında rusiyalı politoloq Yevgeni Sova söyləyib.

“Yaxın Şərqlə bağlı xüsusi mövqeyi olan Pensin İsrailə səfəri mühüm əhəmiyyət daşıyır. İsrail parlamentində çıxışı zamanı Pens İranla nüvə razılaşmasını fəlakət adlandırdı. O, eyham vurdu ki, bu razılaşma ABŞ-ın istədiyi məhdudiyyətlər əlavə edilməyəcəyi təqdirdə ləğv edilə bilər. İran məsələsi hazırda İsrail üçün Qüdsün statusu məsələsindən daha vacibdir. Söhbət problemə yeni yanaşmadan gedir. 2015-ci ildən fərqli olaraq, İsrailin səsi bu gün daha çox eşidilir və maraqları nəzərə alınır. Bu, artıq kardinal dəyişikliklərdir”, – deyə o bildirib.

Qeyd edək ki, Pens bir müddət əvvəl Yaxın Şərq ölkələrinə səfər edib. O, ilk olaraq İordaniyada olub və Kral II Abdullahla görüşüb. Mətbuat bu görüşün asan keçmədiyini və İordaniyanın ABŞ-a Yaxın Şərqdəki mövqeyinə təcili düzəlişlər etməklə bağlı xəbərdarlıq etdiyini bildirib.

İordaniya ilə bərabər Pens Misirdə də olub. Ən son olaraq Pens İsrailə gəlib və burada Knessetdə çıxış edərək, Qüdsü İsrailin paytaxtı adlandırıb. Pensin səfəri bu gün başa çatıb.

Tarix
2018.01.24 / 00:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla