Yuxarı

İrəvanda döyüş hazırlığı: Dəhşətli 8 gün

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb. Bu açıqlamanın verildiyi gün Ermənistan Prezidenti Serj Sərkisyan Fransaya səfərə getdi. Sərkisyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sərkisyanın Fransa səfəri təsadüfi deyil.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Aykazn Qaqriyan Ermənistanın birinci şəxslərinin Moskvadan asılı olmasına baxmayaraq, Parisdə “xaç suyuna salındıqları”nı yazıb:

“Levon Ter-Petrosyan da, Robert Köçəryan da, Serj Sərkisyanın özü də bunu edib. Sərkisyan prezident səlahiyyətlərini təhvil verəndən sonra baş nazir olaraq ölkəni idarə etmək niyyətini gizlətmir. Fransa səfəri də onun “xaç suyuna salınmaq” istəyi, yəni Parisin dəstəyini almaq gedişinə hesablanıb”.

Lakin erməni şərhçi Ermənistanı anarxiya günlərinin gözlədiyini də qeyd edib.

“Sərkisyan səlahiyyətlərini 9 apreldə təhvil verəcək, baş nazir seçkiləri isə həmin ayın 17-də keçiriləcək. Arada qalan 8 gün anarxiya günləri olacaq. Doğrudur, parlament əvəlcə prezidenti seçəcək, həmçinin, müvəqqəti baş nazir və spiker vəzifələrini icra edəcəklər, yəni de-yure vəzifələr boşalmayacaq, lakin de-fakto hər şey havadan asılı olacaq. Sarkisyan 9 apreldən sonrakı 8 gün ərzində yalnız Respublika Partiyasının və Şahmat Federasiyasının rəhbəri postunda qalacaq. Lakin onun üçün bu 8 gün dəhşətli dövr olacaq”, - deyə o bildirib.

A.Qaqriyan bildirib ki, baş nazir olmağa hazırlaşan Sərkisyan bütün komandasını döyüş hazırlığına gətirib:

“Çünki 9 apreldən 17 aprelə qədərki günlər ən təhlükəli dövrdür və çevriliş kabusu Sarkisyanın başının üzərini kəsdirib”.

Tarix
2018.01.24 / 10:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla