Yuxarı

İranda daxili savaş: SEPAH Xameneiyə düşmən olur...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla nüvə razılaşmasının taleyi Avropa Birliyindən asılıdır.

Axar.az xəbər verir ki, bunu “Gazeta.ru”ya açıqlamasında rusiyalı politoloq Vladimir Sajin söyləyib.

“Avropalılar İran bazarında çox maraqlıdırlar. Əgər Vaşinqton onlara qarşı “ya İranla biznesi, ya da məni seçin” ultimatumunu versə, avropalılar ABŞ-ı seçəcəklər”, – deyə o bildirib.

Ekspert açıqlamasında həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun maliyyə qaynaqlarının bir hissəsinin alınması məsələsinə də toxunub:

“SEPAH öz biznesinin bir hissəsini verməli olacaq və onlardan niyə bunu etdiklərini heç kim soruşmayacaq. Əgər SEPAH hədəf seçilibsə, o zaman bu, Tehranda heç də hər şeyin rahat getmədiyi deməkdir. İqtisadiyyatla bağlı vəziyyət kifayət qədər ciddidir. SEPAH-ın özü əslində dövlət içində dövlətdir və güclü iqtisadi strukturdur. Ona görə də mübarizə sərt olacaq. SEPAH səssiz şəkildə pul və nüfuzunu verməyəcək”.

Qeyd edək ki, hazırda İraq iqtisadiyyatının üçdə biri SEPAH-ın nəzarətindədir. Bir müddət öncə İran Ali dini lideri Əli Xamenei SEPAH-ı öz biznesindən əl çəkməyə çağırmışdı.

Tarix
2018.01.24 / 13:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla