Yuxarı

Avropanı böyük təhlükə gözləyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada irqçi partiyalar Avropa Parlamentində qrup qura bilmək üçün əməkdaşlıq edir.

Avropadakı iqtisadi böhran və ənənəvi problemlərlə mübarizə aparan siyasi axınlar zəmin itirməmək və radikal sağçıları dayandırmaq üçün tərəflərini möhkəmləndirir.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələn il may ayında keçiriləcək seçkilərdə AP-nin vəziyyətinin mənfi istiqamətdə dəyişmə riski çox yüksəkdir.

AP-də Avropa Xalq Partiyası (EPP) adı altında görüşən mühafizəkarlar, Sosialistlər və Demokratların (S&D) təmsil etdiyi sosial demokratlar, Liberal Qrup, Yaşıllar və kommunistlər siyasətlərini radikal sağ partiyaların gedişlərini zəiflədəcək tərzdə hazırlayır. AP-nə şübhəylə yaxınlaşan Mühafizəkarlar və İslahatçılar (ƏCR) ilə populist fikirlərilə diqqət çəkən Özgürlük və Demokratiya Avropası (EFD) də ənənəvi siyasətləri rədd edən yanaşmalarıyla bal toplamağa davam edir.

Radikal sağ da birləşir

AP-də qrup yaradacaq gücdə olmayan radikal sağ isə 2014-cü ilin mayında keçiriləcək Avropa seçkilərində bu tablonu dəyişdirmək üçün var gücüylə çalışır. 13 noyabrda Fransız Milli Cəbhənin (FN) lideri Marin Le Pen ilə Hollandiyadakı Özgürlük Partiyasının (PVV) lideri Qrit Vildersin görüşü, bu görüşdən dərhal sonra radikal sağın öndə gedən altı partiyasının Vyanada görüşü təsadüfi deyildi.

Bu görüş radikal sağın ilk görüşü olmasa da, bu dəfə mövzu ortaq hədəfdir. O hədəf də AP-də bir qrup yarada bilməkdir. AP-də qrup meydana gətirə bilmək üçün isə ən azı yeddi ölkədən 25 parlament üzvü parlamentdə çıxış etməlidir.

Radikal sağçılarla ortaq qrup yaratma həvəsi

Hollandiyada immiqrant və müsəlman əleyhdarı kimi tanınan radikal sağçı Özgürlük Partiyasının (PVV) lideri Qrit Vilders Laheydə görüşdüyü Le Pen ilə Avropada əməkdaşlıq etmə qərarına gəlib.

Vilders Hollandiyanın Avropa Birliyindən (AB) və ortaq pul vahidi avrodan çıxmasını, sərhədlərin immiqrantlara bağlanılmasını istəyir.

Vilders həmçinin Fransız Milli Cəbhəsinin xaricində İsveç Demokratları, Belçikadakı Flaman Mənfəəti, Avstriyadakı Özgürlükçülər Partiyası, İtaliyadakı Şimal Liqası, Finlandiyadakı Gerçək Finlilər Partiyası və Danimarka Xalq Partiyasıyla ortaq əməkdaşlıq etmək istəyir.
Vildersin Le Pen ilə əməkdaşlıq qərarına partiyadaşları da dəstək verib.

İmmiqrantlara mənfi təsir edə bilər

AP-nin İşçi Partiyasının üzvü Əminə Bozqurd xəbərdarlıq edib ki, Vildersin istədiyi bu qrup qurularsa, radikal sağ blokun səsi daha da yüksələr. AP-də qrup yaratmağın maddi yardım etmədən daha çox istifadə etmə mənasını verəcəyini də vurğulayan Bozqurd, immiqrant əleyhdarı partiyaların bu yolla Brüsseldə alınacaq qərarlar haqqında təsirli ola biləcəklərini dilə gətirib.

Radikal sağ blokun qurulmasının eyni zamanda Avropa daxilində yaşayan immiqrantlara da mənfi təsir göstərə biləcəyini vurğulayan Bozqurd, bu partiyaların immiqrant haqlarını məhdudlaşdırma cəhdi edilə biləcəyini söyləyib. Bu baxımdan götürəndə AP seçkilərinin əhəmiyyətinin daha da artdığına işarə edən Bozqurd, xüsusilə immiqrantların səs vermələrinin lazım olduğunu bildirib. Bozqurda görə, radikal sağ partiyalara ən gözəl cavab səsvermədə olmalıdır.

Tarix
2013.11.26 / 00:36
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla