Yuxarı

Kadırov Moskvadan 3 yaşlı qıza kömək istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Neyrocərrahiyə İnstitunun təxirəsalınmaz uşaq cərrahlığı və travmatologiya şöbəsinin direktoru Leonid Roşal Çeçenistan rəhbərliyinin xahişi ilə ögey ananın qəddarcasına döydüyü balaca qıza köməklik göstərmək üçün Qroznıya həkim qrupu göndərəcək.

Ramzan Kadırov bu barədə İnstagram səhifəsində yazıb.

3 yaşlı uşağı keçən həftə döyüblər. Kadırov, "Bütün respublika bu faktdan şoka düşüb. Qızcığazı ögey anası döyüb. Qadın saxlanılıb. O, iddia edir ki, uşaq çimərkən yıxılıb və su qabı ilə üzünü zədələyib, dişi sınıb. Ögey ana bundan sonra onu döyüb".

Çeçenistan prezidenti mütəxəssislərin fikrincə, qadının psixoloji problemləri olduğunu bildirib: "Ekspertizanın nəticələri yaxın günlərdə bəlli olacaq. Əgər normal psixologiyalı kimi tanınarsa, qadını ciddi cəza gözləyir. Uşağa işgəncə vermək kimi utancverici faktın Çeçenistanda baş verdiyini qəbul etmək çox çətindir".

Balaca qızcığazın müalicəsini Çeçenistan dövlətinin rəhbəri öz nəzarətinə götürüb. Kadırovun sözlərinə görə, Rusiya tərəfi qızın Moskvaya evakuasiyasına hazır olsa da, uşağın vəziyyəti buna imkan vermir.

"Uşaq ağır cərrahi əməliyyat keçirib. Leonid Roşal bizim xahişimizlə Qroznıya onun bundan sonrakı müalicə taktikasını müəyyən edəcək təcrübəli mütəxəssislər göndərəcək" - deyə Çeçenistan prezidenti yazıb.

Qeyd edək ki, Ramzan Kadırov 2013-cü ildə "Uşaqların yolunda əvəzsiz zəhmətlərinə" görə ordeni ilə mükafatlandırılıb.

ANS

Tarix
2014.07.22 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla