Yuxarı

Ərdoğan nə yeyir, nə içir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəbdəbəli süfrələri sevmir

Yaxın çevrəsindən baş nazir R.T.Ərdoğanın necə qidalandığı, nələrə diqqət yetirdiyi, hansı yeməklərə üstünlük verdiyi və ən sevdiyi yeməklər araşdırılıb. Məlum olub ki, baş nazir içkiləri, şokolad, şəkər, loxum kimi məhsulları sevmir.

Nahara xüsusi diqqət edir

İşi nə qədər çox olsa da, Ərdoğan naharını heç vaxt gecikdirmir. Xüsusilə naharda az duzlu pendir məhsullarını seçir. Mürəbbə, çörək və başqa xəmir xörəklərini yemir.

Bildiyiniz kimi, dəniz məhsulları insan sağlamlığı üçün son dərəcə əhəmiyyətlidir. Ərdoğan da belə yeməklərə üstünlük verir. Dəniz məhsulları növlərindən xüsusilə "Mezgit" və "Trabzon qalxan" balığını seçir.

Yayla şorbası və tərəvəz

Şorba növlərindən yağsız və unsuz olanları qəbul edən Ərdoğan, yayla şorbası və tərəvəz şorbalarını çox sevir. Baş nazir yeməkdən əvvəl mütləq təzə sıxılmış portağal və ya nar suyu içir. Beləcə, baş nazirin mədə turşusu qaydasına düşür. Ərdoğanın yemək menyüsündə ət qətiyyən yoxdur.

Nişastalı məhsullar qadağandır

Az qala hər yeməyində bol göy-göyərti və salat növləri istifadə edən Ərdoğana xolestrolu yüksək yeməklər verilmir, eyni zamanda düyü, nişastalı məhsullar da yemək qadağan edilib.

Dəbdəbəli süfrələri sevmir

Ərdoğan içki mövzusuna da diqqət edir. Dəbdəbəli yemək masalarının qurulmasını istəməyən Ərdoğan şirniyyatı da sevmir.

Ərdoğanın ən sevdiyi yeməklər arasında Qaradəniz bölgəsinin məşhur mıxmılası da var. Eyni zamanda səhər yeməklərində bol göy-göyərti yeyir. Anadolu gəzintiləri zamanı yerli, amma yağsız yeməklərə üstünlük verir. Tərəvəz yeməklərini sevən Ərdoğanın ən sevdiyi tərəvəzlər brokili və təzə paxladır.

Ən sevdiyi meyvə Trabzon xurmasıdır

Baş nazirin süfrəsində "vacib" sayılacaq şeylərdən biri də meyvədir. Ən sevimli meyvəsi Trabzon xurması olsa da, ən çox yediyi meyvə almadır.

Tarix
2013.11.26 / 07:52
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla