Yuxarı

Ukrayna qovdu, Polşa isə mühafizə ayırdı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.02.12. 20:24

Kiyevdə saxlanılan Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili artıq Ukraynadan çıxarılıb.

Axar.az xəbər verir ki, Saakaşvili bu gün yerli vaxtla 16.00-da (Bakı vaxtı ilə 18.00-da) çarter reysi ilə Kiyevdən Polşaya uçub.

Xatırladaq ki, Mixail Saakaşvili fevralın 12-də günorta saatlarında Kiyevdə saxlanılmışdı.

***

Mixail Saakaşvili bildirib ki, Polşada ona dövlət mühafizəsi ayrılıb.

"Rustavi-2" televiziya şirkətinə müsahibəsində o deyib ki, onu "Polşada çox mehribanlıqla qarşılayıblar".

"Məni qonaqpərvərliklə qəbul etdilər, mənimlə artıq Polşa parlamentinin deputatları görüşüblər. Mən ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə danışdım, mənə dövlət mühafizəsini ayırdılar", - M.Saakaşvili vurğulayıb.

Tarix
2018.02.13 / 01:31
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla