Ana səhifə Planet |
Təhlükəsizlk üzrə türkiyəli mütəxəssis, keçmiş “Bordo bereli” Mete Yarar Afrində həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, M.Yarar türk ordusunun Afrində hər gün 6-7 kilometr irəlilədiyini deyib: “Halbuki, normal halda minalanmış ərazidə hər gün 15 metrdən artıq irəliləmək mümkün olmur. Bizim əsgərlərimiz isə fərqli cəbhələrdən hər gün 6-7 kilometr irəliləyir. Çünki bizim əsgərlər uzun illərdir bu cür əməliyyatlarda iştirak edir. Hazırda türk ordusunda hər kəsin müharibə təcrübəsi var. Dünyada bu qədər böyük müharibə təcrübəsinə malik olan başqa ordu yoxdur”.
M.Yarar qeyd edib ki, Ərdoğanın da dediyi kimi, “yatan divi oyandırdılar”.
“Əsl çox qorxduqları da Türkiyənin oyanması idi”, - deyə türkiyəli mütəxəssis vurğulayıb.
Tarix
2018.02.14 / 00:43
|
Müəllif
Axar.az
|