Yuxarı

ABŞ diplomatı meydan oxudu: Türkiyə nəzarətdən çıxır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyaya daxil olduqdan sonra bir vaxtlar xəyal belə edilməyən Türkiyə-ABŞ hərbi qarşıdurması ehtimalı gündəmə gəldi.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ankaradakı keçmiş səfiri Erik Edelman deyib.

Edelman Türkiyənin nəzarətdən çıxdığını və Vaşinqtonun artıq bunu açıq şəkildə Türkiyəyə deməli olduğunu bildirib.

“Bu artıq narahatlıq yaradan bir həqiqətə çevrilib. Türkiyənin Suriyanın şimalındakı kürd qruplarla vuruşması qeyri-sabitliyə gətirib çıxarır. Əsl təhlükə isə Ərdoğanın da inadla söylədiyi kimi, Menbiçə irəlilənməsi zamanı meydana gələcək. Bunun qarşısını almağın yeganə yolu isə ABŞ siyasətçilərinin daha şəffaf bir dillə Türkiyəyə məsələni izah etməsidir”, - Edelman deyib.

Türkiyənin Menbiçə irəliləyəcəyi halda ABŞ-la münasibətlərin böyük zərbə alacağını bildirən Edelman Vaşinqtonla əlaqələrin korlanmasının əsas səbəblərini açıqlayıb:

“Ərdoğan hakimiyyətində olan Türkiyə İrana qarşı beynəlxalq embarqonu yarmaq üçün ən böyük təşəbbüsləri göstərib. Türkiyə mətbuatı ABŞ-ın Suriyadakı gizli hərbi bazalarını yayımlayıb. Bir amerikalı rahib, bir NASA əməkdaşı və 2 səfirlik işçisi həbs edilib. Bunlar Ərdoğanın de-fakto əsirləri kimi saxlanılır. İndi də Rusiyadan müdafiə sistemi alırlar. Türkiyə Suriyada ABŞ müttəfiqlərinə hücum edir və bunları ABŞ-ın imperiya siyasətinə qarşı müqavimət olaraq qələmə verir”.

Tarix
2018.02.14 / 14:08
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla