Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 May 2018


“Biz sizdən pul istəyirik: ya verin, ya da...” – Millət vəkili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milan məhkəməsinin qərarı Azərbaycan əleydarlarının məğlubiyyəti, eyni zamanda, məsələyə hüquqi müstəvidə baxmayıb, onu siyasiləşdirən və Azərbaycanı beynəlxalq dayaqlardan məhrum etməyə çalışan qüvvələrin iflasıdır.

Bu sözləri Axar.az-a Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, Azərbaycan digər bütün başqa qurumlarda olduğu kimi, Avropa Şurasında da, ATƏT-də də çox normal siyasi fəaliyyət aparır:

“Bizimlə iqtisadi cəhətdən tərəfdaş olmağa çalışan, həmçinin yaxın əlaqələr quraraq regionda öz strateji planlarını həyata keçirmək istəyən dövlətlər bu cəhətdən müxtəlif danışıqlara cəhdlər göstərirlər, tərəfdaşa çevrilmək üçün hər cür addımlara hazır olurlar. Heç şübhəsiz ki, ölkəmiz də bu çağırışlara adekvat cavab verir. Lakin başqa bir qüvvələr də mövcuddur ki, onlar hər cür vasitə ilə Azərbaycanı qaralayaraq qazanmaq istəyirlər. Bunlar bəlli siyasi mərkəzlər, lobbi qurumları, hansısa konkret iqtisadi mənafelər üzrə ixtisaslaşmış qruplar, həmçinin kəşfiyyat dairələri, o cümlədən bölgədə geosiyasi mənafeləri toqquşan dairələrdir. Əslində, guya korrupsiya pullarının Avropada lobbiçilik üçün xərcləndiyini deyənlərin sözlərini təxminən belə tərcümə etmək olar: Biz sizdən pul istəyirik, onsuz da özümüz qara maliyyələrin içərisindəyik, əslində, apardığımız fəaliyyət korrupsiya üzərində qurulub, Almaniyada mərkəzi qərargahı yerləşən jurnalist təşkilatının özü də hansısa bir konspirativ xarakter daşıyan layihədir, qeyd etdiyimiz ara pulların yuyulmasının bir vasitəsidir... Belə olan təqdirdə bunlar özlərini Avropa məkanında şəffaflıq, dünyada təmizlik, hər bir ölkənin vəsaitlərini guya özünə xərcləməsi uğrunda mübarizənin tərəfi kimi göstərsələr də, reallıq tamam başqadır. İllər ərzində belə örtülü, pərdəli təşkilatlar arxasından hansı dövlətlərin və ya onların kəşfiyyat orqanlarının çıxdığını görmüşük”.

Millət vəkili hesab edir ki, Milan məhkəməsinin qərarı ölkəmiz əleyhinə olan qüvvələrin hamısının üzərində mənəvi-siyasi qələbədir:

“Əslində, ABŞ dünyada öz mənafelərini möhkəmlətmək, həmçinin təsir dairəsini genişləndirmək və tərəfdarlarını çoxaltmaq üçün hər il 10 milyard dollardan artıq vəsait xərcləyir. Bunlar əlbəttə rəsmi olaraq ayrılır, ancaq alt qatında verilən vəsaitlər o dairələrə ünvanlanır ki, onlar hakimiyyətin əleyhinə barrikadada yer alırlar. Beləliklə, qeyd etdiyimiz vəsaitlər çevrilişlərə, inqilablara, qara axınlara və belə cərəyanlara yönəlir. Nəticə etibarilə Azərbaycanın bu gün beynəlxalq məkanda rəsmi qaydada öz mənafelərini qorumasında və bundan ötü də vəsaitlər xərclənməsində heç bir qanunsuzluq ola bilməzdi. Lakin mütləq bir damğalı terminlər kəşf etməliydilər. Onlar “qara kürüyə” belə göz dikiblərsə və guya ondan imtina etmək üçün mübarizə aparırlarsa, onda əvəzində bütün Xəzəri udmaq istəmələrinə nə ad verək?! Bəlkə bir parlamentarinin Xəzər dənizinin bio-ehtiyatlarına ehtiyacı var, o öz tamahını bu qədər hiss etdirir. Ancaq dövlətlər və ya onları təmsil korporasiyalar, qurumlar var ki, az qala bütöv ölkələri udurlar. Onların haqqında geniş məlumat və şərhlərə dəyməz. Hesab edirəm ki, biz bundan sonra da dövləti maraqlarımızın tələb etdiyi yerlərdə işlərmizi çox fəal və hüquqi müstəvidə aparmaqda davam etməliyik. Bunları nəzərə alaraq parlamentdə təkliflə çıxış etmişdim ki, Azərbaycanın özünün rəsmi büdcəsində bu məqsədlər üçün ayrılan vəsaitləri xüsusi sətirlə göstərək. Bu, avtomatik ona imkan verəcək ki, ölkəmiz çox rahatlıqla xarici aləmdə, xüsusilə də ermənilər vasitəsilə aparılan savaşlara layiqli cavab verə bilsin. Yəni çox rahatlıqla Ermənistanın süfrəsində qidalanan və məlum içkilərin dumanı altında olan o adamlar guya Azərbaycan kürüsünün Avropaya gedən yolunu dayandırıb, onu xalqımıza bəxş etmək istəyirlər. Bu, nə qədər inandırıcıdır?!”

Qeyd edək ki, Milan Məhkəməsində 2 ildən çoxdur, şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi ötən gün başa çatıb. Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan Milan Məhkəməsinin qərarı ilə bəraət alıb.

L.Volonte Azərbaycan hökumətindən 2 milyon 390 min avro miqdarında rüşvət almaqda ittiham olunurdu.

Tarix
2018.02.15 / 11:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ümid edirəm ki, AB ABŞ-la bacara biləcək - Şröyder

Rusiya S-500-ləri sınaqdan keçirdi

“Tezliklə Qüdsdə böyük hadisələr olacaq və Ərdoğan...”

Türk ordusundan PKK-ya ağır zərbə – Hava əməliyyatı

Kanadada hind restoranı partladıldı: 15 yaralı

Karlov cinayətində şok detal – Rus qadın...

ABŞ-dan türk dövlətinə sanksiya: Qul əməyi...

ABŞ rus milyarderləri sıradan çıxarır - İstefa

Rusiya Trampın Koreya qərarının sirrini açdı: Hədəf...

SEPAH hədələdi: ABŞ-ı dəhşətli tale gözləyir

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla