ABŞ terrorla bağlı bütün məlumatları Rusiyaya ötürməyib
15:17
Ana səhifə Planet |
ABŞ Maliyyə Nazirliyi yaxın gələcəkdə ABŞ-dakı prezident seçkisinə müdaxilə etdikləri üçün rusiyalı oliqarxlara qarşı yeni sanksiyalar tətbiq edəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Stiven Mnuçin Senatın Maliyyə Komitəsində çıxışı zamanı söyləyib. O, hazırda bunun üzərində aktiv iş aparıldığını bildirib.
Qeyd edək ki, ABŞ keçən ay “Kreml hesabatı” sənədini yayıb. Hesabata ümumilikdə 210 nəfər daxil edilib. Bunlardan 96-sı rusiyalı oliqarx olub. Rəsmi Vaşinqton hesabatın dərcindən sonra bu şəxslərə qarşı sanksiyaların tətbiq edilə biləcəyini açıqlayıb.
ABŞ hesabatın məxfi hissəsini yayımlamaqdan imtina edib.
Tarix
2018.02.15 / 14:33
|
Müəllif
İlkin Həsənov
|