Yuxarı

Köçəryan özünü biabır etdi: Təhlükə artıb...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan ABŞ-ın “qara siyahısı”na Samvel Karapetyan kimi erməni əsilli oliqarxların düşməsini inkar edib.

Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Köçəryan mətbuatın yazdıqlarının rəsmi informasiya olmadığını və Karapetyanın əsl siyahıya düşməsiylə bağlı məlumatlara sahib olmadığını deyib. Köçəryan həmçinin Ermənistanın ABŞ-la sanksiyalar məsələsini müzakirə etməsinə də aydınlıq gətirib:

“Fikrimcə, qoyulan bəzi məsələlər həqiqətə uyğun deyil. Təhlükə artıb, amma bu o demək deyil ki, biz məsələyə barmaqarası baxırıq”.

O, həmçinin, ABŞ-ın Rusiya hərbi sənayesinə tətbiq etdiyi sanksiyaların Ermənistana təsir edəcəyi haqda da danışıb:

“İrəliyə qaçmaq lazım deyil. Biz hadisələri izləyirik və Rusiya ilə bu sahədə münasibətlərimizi, əməkdaşlığımızı qorumaqda maraqlıyıq. Bu bizim təhlükəsizliyimiz üçün vacib komponentdir”.

Qeyd edək ki, Samvel Karapetyanın adı ABŞ-ın hazırladığı “Kreml hesabatı”na düşüb. Vaşinqton onu Kremllə sıx əlaqələrdə ittiham edib.

Tarix
2018.02.15 / 17:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla