Yuxarı

Türkiyədən Almaniyaya: Hər şey geridə qaldı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:57

Türkiyə Baş naziri Binəli Yıldırımla Almaniya kansleri Angela Merkel arasında görüş başlayıb.

Axar.az xəbər verir ki, görüşdən əvvəl tərəflər jurnalistlər qarşısında əl sıxışıblar.

Məlumata görə, müzakirələrdən sonra hər iki dövlət rəsmisi media nümayəndələrinin suallarını cavablayacaq.

Qeyd edək ki, B. Yıldırım Almaniyada işgüzar səfərdədir.

***

Ölkə idarəçiləri olaraq bir-birimizə yetərincə vaxt ayıra bilmədik.

Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım alman kansleri Angella Merkellə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bütün bunlar geridə qaldı. Yeni bir dönəmdəyik. Həm Türkiyə, həm də Almaniya ikitərəfli əlaqələri dəyərləndirmək fürsəti tapdı. FETÖ-çuların hüquq müstəvisində cəzalandırılması davam edir. Türkiyə öz sərhədi ilə yanaşı, NATO sərhədini də qoruyur”, - baş nazir bildirib.

Merkel də həmçinin qeyd edib ki, kansler olaraq 15 iyul qiyamını bir daha qınayıb.

“Əlaqələrdə etibar duyğusu olmalıdır. Dəniz Yücəl məsələsi olduqca önəmlidir. 3 milyon türk Almaniyada yaşayır və körpü rolunu oynayır. Bu səbəbdən bir-birimizə etibar edərək əlaqələri inkişaf etdirməkdə qərarlıyıq”, - deyə kansler vurğulayıb.

Qeyd edək ki, Almaniyanın "Di Velt" qəzetinin müxbiri olan Dəniz Yücəl Türkiyədə terror təbliğatı aparmaqda ittiham edilərək ötən ilin fevralında həbs edilmişdi.

Bundan öncə də, o Türkiyə hökuməti əleyhinə yazdığı məqalələri ilə tanınırdı.

Tarix
2018.02.15 / 21:02
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla