Şakro Maladoy azadlığa buraxıldı
14:34
Ana səhifə Planet |
Polşanın İsraildəki səfirliyinin divarlarına faşizm simvolları və təhqir dolu ifadələr yazılıb.
Axar.az xəbər verir ki, Təl-Əviv polisi faktla bağlı istintaqa başlayıb.
Səfirlik binasının təhqir dolu ifadələr və faşizm simvolları ilə hücuma məruz qalmasına Polşanın Baş naziri Mateusz Moravieckinin yəhudi soyqırımı ilə bağlı Münhen Təhlükəsizlik Konfransında çıxışı səbəb olub. Səfirlik binasının divarlarında həmçinin Polşanın ünvanına “Qatil” ifadəsi də yazılıb.
Qeyd edək ki, Mateusz Moraviecki konfransda çıxışı zamanı yəhudilərin soyqırımında nəinki almanların, həmçinin ruslar, ukraynalılar və eyni zamanda yəhudilərin də əlinin olduğunu bildirmişdi.
Tarix
2018.02.19 / 11:38
|
Müəllif
Orxan Tağıyev
|