Yuxarı

Xəzərdə atışma: Rusiya vətəndaşı öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan sərhədçiləri Xəzər dənizində Rusiya vətəndaşlarına atəş açıblar. Nəticədə bir nəfər ölüb, biri isə yaralanıb.

Bu barədə "APA" məlumat yayıb. Hadisə Qazaxıstanın ərazi sularında baş verib. Hərbi növbətçilik zamanı sərhədçilər helikopterdən sərhəd pozucularını müşahidə ediblər. "Bayda" tipli üzücü vasitələrdə olanlar sərhədçilərin dayanmaq tələblərinə məhəl qoymayaraq, qaçmağa cəhd ediblər. Cavabında hərbçilər üzücü vasitələrinin mühərriklərinə atəş açıblar.

Nəticədə hərəsində 4 rusiyalı olan iki "bayda" saxlanılıb. Rusiyalılardan biri aldığı güllə yarasından keçinib, digəri ayağından yaralanıb. Zərərçəkəni "Astana" sərhəd gəmisi götürərək, tibbi yardım göstərib.

Digər "bayda"lar təqibdən qurtularaq, Qazaxıstanın ərazi sularını tərk edib.

Saxlanılanların yeri bilinmir. Bəli olub ki, onlardan ikisi Qazaxıstan sərhədini pozduğuna görə əvvəllər də məsuliyyətə cəlb olunaraq, Aktyubinsk vilayətinin ərazisindəki cəzaçəkmə müəssisində cəza çəkib.

Xəzər dənizinin Qazaxıstan hissəsində vaxtaşırı nərə növlü balıqları ovlayan brakonyerlər saxlanılır. Onların saxlanılması zamanı sərhədçilər çox vaxt silahdan istifadə edirlər.

Tarix
2013.11.26 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla