Yuxarı

Türkiyəyə gücünüz çatmaz – Millət vəkili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə yalnız deyil, Türkiyəni zəiflətməyə sizin gücünüz çatmaz.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Türkiyənin Aydın rayonunun Nazilli səmtində yerləşən Şirinevlər məhəlləsində Qarabağ parkı və Xocalı abidəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Sözügedən parkın yaradılmasından çox məmnun olduğunu bildirən Paşayeva bunun iki dövlət arasındakı bağları daha da sıxlaşdıracağını vurğulayıb:

“Bu gün müxtəlif terror qruplaşmaları vardır: PKK, PYD, YPG, fərq etməz, hamısı bir terror qrupunun parçalarıdır. Türkiyəni zəiflətmək istəyənlərə buradan səslənirəm: Türkiyə yalnız deyil, onu zəiflətməyə gücünüz çatmaz. Türkiyə üçün canını verməyə hazır olan, mən də daxil, türk millətinin onmilyonlarla övladı var. Türkiyənin güclü olması türk xalqlarının güclü olması anlamına gəlir.

Türkiyə güclüdürsə, Azərbaycan daha güclü olacaq. Qarabağ mübarizəmiz daha güclü olacaq. BMT, BMT Təhlükəsiz Şurası, Ermənistana basqı etməyənlər, Azərbaycan orada yalnız deyil. Azərbaycan üçün canını qurban verməyə hazır olan milyonlarla türk var”.

Tarix
2018.02.19 / 23:32
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla