Yuxarı

Tehranda iğtişaşlar başladı: 5 polis öldü, 30 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:32

İranın paytaxı Tehran şəhərində “Qonabadi Dərvişləri” adlı təriqət üzvləri ilə təhlükəsizlik orqanları arasında yaşanan qarşıdurma zamanı 5 polis öldürülüb, daha 30 təhlükəsizlik əməkdaşı yaralanıb.

Axar.az xəbər verir ki, İran polisinin sözçüsü Səid Müntəzirülmehdi səhər saatlarına qədər davam edən qarşıdurmada ən azı 300 təriqət üzvünün həbs edildiyini bildirib. Həmçinin təriqət üzvləri arasında yaralananlar olsa da, onların dəqiq sayı açıqlanmayıb.

Polislərdən 3-ü izdiham zamanı üzərlərinə avtobus sürülməsi nəticəsində, biri minik avtomibili ilə edilən hücumda, biri isə bıçaqlanaraq öldürülüb.

Qeyd edək ki, təriqət üzvü Nemətullah Reyahinin həbs edilməsinə etiraz edən şəxslər Tehranın Pasdaran bölgəsində sözügedən şəxsin saxlanıldığı polis bölməsinin qarşısında toplaşaraq etiraza başlayıb. Polisin xəbərdarlıqlarına məhəl qoymayan kütlə ilə təhlükəsizlik orqanları arasında “Qonabadi Dərvişləri” təriqətinin lideri Nur Əli Tabəndənin evinin qarşısında qarşıdurma yaşanıb.

Tarix
2018.02.20 / 12:30
Müəllif
Pərviz, Orxan
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla