Yuxarı

Tramp Putinə geniş şanslar verdi: yeni kartlar…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Ukraynaya nə Donbas, nə də Krım məsələsində güzəştə getmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində rusiyalı politoloq Liliya Şevtsova söyləyib. Onun sözlərinə görə, Moskva sanksiyalar rejimində yaşamağa artıq öyrəşib:

“Sanksiyaların ağrılı olduğu artıq hər kəsə aydındır. Lakin Kreml üçün bir sıra geosiyasi fürsətlər də mövcuddur. Birincisi ona görə ki, Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil. İkincisi, avropalılar artıq özlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı birliklərini güclə qoruyurlar. Bu birliyin açarı Merkelin cibindədir, Merkel isə çox zəifdir. Sonuncü səbəb isə Avropa biznesinin Rusiyaya qarşı sanksiyaların əleyhinə olmasıdır. Bunlar sırasında “Total”, “Simens”, “Daimler” və digər nəhənglər var. Avropalılar Putin və Kremli sevməyə bilərlər, amma onlar Trampa hər kəsdən çox nifrət edirlər. Antiamerikanizm çoxlarını Kremllə dialoqa sürükləyir. Hazırda Polşa Avropa Birliyi ilə konfliktə başlayır. Kremlin artıq hətta Polşa kimi ölkədə öz mövqeyini möhkəmləndirmək və təbliğ etmək imkanı yaranıb. Putinin əlində xeyli sayda önəmli kart mövcuddur”.

Tarix
2018.02.20 / 16:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla