Yuxarı

Qərb mediasından rəzalət: Əsəd və YPG Türkiyəni qovacaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllərdir Əsəd rejimi əleyhinə çıxış edən Qərb və ABŞ mətbuatı Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı başladıqdan sonra Bəşər Əsədi alqışlamağa başlayıb.

Axar.az xəbər verir ki, “Sabah” yazarı Fəxrəddin Altun Qərb və ABŞ mediasının Əsəd rejiiminin Afrinə daxil olması xəbərini böyük təntənə ilə qələmə verdiyini bildirib.

Məlumata görə, “Nyu York Tayms”, “Vol Strit Jurnal”, “Vaşinqton Tayms”, “Blumberq”, “Tayms”, “İndependent”, “Röyter” kimi nəşrlərin hamısı Əsədin kürdlərlə birləşib Türkiyəni Afrindən qovacağını yazıblar. Fərqli cümlələrlə olsa da, yayılan xəbərlərdən məmnunluqlarını ifadə ediblər.

“Vaşinqton Tayms” xəbəri “Suriyalı kürdlər və rejim qüvvələri Türkiyəni Afrindən qovmaq üçün razılaşdı” başlığı ilə təqdim edib. Bundan əlavə, “razılaşma” sonrasında Türkiyə ilə Rusiya münasibətlərində də gərginlik yaşanacağı bildirilib.

“Nyu York Tayms” isə Suriyada YPG-nin nəzarət etdiyi ərazini “Savaşda ölənlərin şan qazandığı Suriyanın kürd bölgəsi” kimi təqdim edib. Döyüşlərdə məhv edilən terrorçular barədə xoş fikirlər yazılıb:

“Şimali Suriyadakı hər muzeydə onların portretləri var. Adları küçələrə verilir, lövhələrdə yazılır. Onlar kürdlərin Suriyadakı 6 illik qarşıdurmaya daxil olması ilə savaşda öldürülənlərdir. Onlar xüsusən SDQ-nin kürd birliklərindəki savaşçılardır və hər yerdədirlər”.

Tarix
2018.02.21 / 13:40
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla