Yuxarı

Afrində PKK-çının şahlara layiq həyatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nin Afrinə rəhbər olaraq təyin etdiyi şəxslərdən biri olan Abdo Hayr qızğın döyüşlərin getdiyi Afrindəki villasında zəngin həyatına davam edir.

Axar.az xəbər verir ki, bahalı villaları, tabeliyində yüzlərlə döyüşçüsü, narkotik tərkibli bitkilərin əkildiyi hektarlarla tarlaları olan Hayrın həmçinin klassik avtomobillərdən ibarət kolleksiyası var.

Abdo Hayr Afrində sahib olduğu 8 müxtəlif narkotik emalatxanasında 13-18 yaş arası yeniyetmələri çalışdırır. Tikmədaş, Cinderes, Raco və Deyr is-Van ərazilərində yüzlərlə hektar ərazidə öz çirkli ticarəti üçün xammal istehsal edir.

Afrinə nəzarətdə önəmli rola malik Abdo Hayr sosial şəbəkələrə, Abdullah Öcalan, Hizbullah və Bəşər Əsədə qarşı xüsusi sevgi nümayiş etdirir. Afrində hər biri 1.5 milyon dəyərində 5 villası olan terrorçu cins atları sevdiyi üçün yaratdığı fermaya 4 milyon dollardan çox pul yatırıb.

Abdo Hayr terror qruplaşmasının əmrlərini icra etməyən şəxslərə verdiyi əzablarla tanınır. O, 2017-ci ilin əvvəlində 3 ay ərzində Hələbdə qalaraq, 500-ə yaxın PKK-çının Afrinə daxil olmasına zəmin hazırlayıb.

Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatı ilə narkotik transferi marşrutu bağlanan Hayra PKK rəhbərliyinin yeni marşrut tapması üçün təlimat verdiyi bildirilir.

Tarix
2018.02.22 / 11:26
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla