Yuxarı

Moskva “Novorossiya”nı canlandırır: Yeni savaş!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Novorossiya layihəsinə yenidən qayıtmaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu iddia ilə qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri İqor Qirkin (Strelkov) söyləyib.

“Rusiya KİV-ləri və siyasi texnoloqlarına komanda verilib ki, sürətli şəkildə Minsk razılaşmasının alternativsizliyi ritorikası tam dəyişdirilsin. Əmr edilib ki, zibil qutusundan “Novorossiya” termini çıxarılsın və o, yenidən kütləyə təqdim edilsin. Kreml bu layihədən yenidən Poroşenkoya qarşı istifadə etmək istəyir. Novorossiya ilə Kiyevi 1-2 il əvvəl qorxutmaq olardı, amma indi yox. Böyük müharibəyə hazırlıq artıq başlayıb və müharibənin başlanması sadəcə zaman məsələsidir”, – deyə o bildirib.

Qeyd edək ki, Novorossiya layihəsi Donetsk və Luqanskdakı qondarma rejimlərin birləşdirilib, konfederativ ittifaq yaradılmasını nəzərdə tutur. 2014-cü ilin iyununda ortaya çıxan bu layihə 2015-ci yazında qeyri-müəyyən zamana qədər dondurulub.

Tarix
2018.02.22 / 17:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla