Yuxarı

Felgenhauer-Xramçixin-Utkin dueli: Rusiyanın hərbi gücü...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici siyasi vəziyyəti getdikcə ağırlaşır.

Axar.az xəbər verir ki, bunu “Rosbalt” agentliyinin təşkil etdiyi brifinqdə rusiyalı hərbi ekspert Sergey Utkin söyləyib. Onun sözlərinə görə, Qərblə qarşıdurma yaxın gələcəkdə tərəflər arasında genişmiqyaslı konfliktə səbəb olmayacaq:

“Bununla belə, Qərblə Rusiya arasında birbaşa olmayan toqquşmalar davam edəcək. Münhen Təhlükəsizlik Konfransında da Rusiya dünyada əsas təhdidlərdən biri adlandırıldı”.

Ekspertlər 2014-cü ildən sonrakı dövrdə Rusiya ordusunun hərbi xərcləri və sayının artırıldığını bildiriblər. Lakin hərbi ekspertlər say məsələsində ümumi razılığa gələ bilməyiblər. Ümumi nəticəyə əsasən, hazırda ordudakı hərbçilərin sayı 2014-cü ilə qədər olan səviyyədə - 750 min nəfər deyil. Bəzi hərbi ekspertlər şəxsi heyətin 1,2 milyon nəfərdə çox olduğunu iddia edib. Lakin Viktor Litovkin bununla razılaşmayıb. Onun sözlərinə görə, hazırda ordudakı hərbçilərin sayı 900 min nəfərdir. Litovkinin bu fikrinə cavab olaraq Pavel Felgenhauer bu sayın 2 milyon nəfəri kediyini deyib.

Litovkin çıxışı zamanı NATO-nun genişlənməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, məhz bu addım beynəlxalq gərginliyin son illər artmasına əsas bəhanə olub.

Hərbi ekspertlər həmçinin Donbas konfliktinə də toxunublar. Sergey Utkin burada yeni destabilizasiyanın yaranmayacağını və konfliktin dondurulacağını vurğulayıb.

Felgenhauer isə dünyadakı konflikt ocaqlarına toxunub. Onun sözlərinə görə, hazırda dünyada 3 əsas müharibə ocağı mövcuddur. O, bunlardan birincisinin Uzaq Şərqdə - Koreyada yerləşdiyini bildirib. Felgenhauerin fikrincə, burada istənilən an nüvə silahı tətbiq edilə bilər.

İkinci ocar kimi Yaxın Şərq göstərilib. Burada hərbi fəaliyyətlər intensiv olsa da, böyük güclər arasında hələlik toqquşma olmayıb. Üçüncü istiqamət kimi isə Avropa müəyyən olunub. Burada genişmiqyaslı konfliktin Donbasda yaşana biləcəyi açıqlanıb. Felgenhauer burada ABŞ və Rusiya təyyarələrinin istənilən an Qara və Baltik dənizi üzərində toqquşa biləcəyini söyləyib:

“Hərbi eskalasiya 2014-də başlamayıb. Krım səbəb yox, nəticədir. Gərginlik çox-çox əvvəldən start götürüb. 2013-cü ildə Rusiya tərəfindən müdafiə planı təsdiq edilmişdi və rusiyalı hərbçilər əsas düşmənin ABŞ olduğunu bildirmişdilər”.

Hərbi ekspert Aleksandr Xramçixin isə Felgenhauerin fikri ilə razılaşmayıb:

“Avropada böyük müharibə başlaya bilməz. Ona görə ki, tərəflərdən heç birinin nə motivasiyası, nə də potensialı yetərli qədərdir. NATO əhəmiyyətli dərəcədə həm fiziki, həm də psixoloji baxımdan tərki-silah olub. NATO özünə bərabər gücdə olan düşmənlə savaşmaq səviyyəsində deyil. Ona görə də Rusiyaya qarşı hansısa aqressiyadan söhbət gedə bilməz. Baltikyanıda NATO qoşunlarının yerləşdirilməsi siyasi xarakter daşıyır. Bunu onlardan Baltikyanı ölkələr və Polşa istəyir. Onlar ciddi şəkildə Moskvadan qorxurlar”.

Felgenhauer isə öz növbəsində Rusiyanın böyük və kiçik hərbi manevrlərinin sayının artırılmasına diqqət çəkib. O, bu manevrlərdə xüsusən, hərbi logistikanın önə çıxdığını deyib:

“Hərbi texnika, xüsusilə, T-72B3 və T-80 tankları kütləvi şəkildə modernləşdirilir. Bəzi mənbələrə görə, tanklarımızın sayı 20 mini keçib. Rəsmi elan etmişik ki, buna görə biz dünyada birinci yerdəyik. Bu, SSRİ-də olandan azdır. SSRİ-də tankların sayı 100.000-dən çox idi. Tank istənilən halda hücum silahıdır. Yeni tank diviziyaları yaradılır. Krımda tank korpusu genişləndirilir. Aydındır ki, bu, harasa üzmək üçün, şığımaq üçün yaradılır”.

Litovkinlə Xramçixin bu məlumatlarla razılaşmayıblar. Litovkin tank sayının 15.400 olduğunu deyib, Xramçixin isə Krımda bir rus tankının belə olmadığını bildirib.

Felgenhauer onlara cavabında Rusiyanın texniki və təşkilatçılıq baxımından yüksəktexnologiyalı Qərb düşmənləri ilə müharibəyə hazır olmadığını söyləyib:

“Aramızdakı texniki fərq hələ qapadılmayıb, bəzi hallarda bu fərq daha da artır. Sovet texnikası da tükənməyə başlayıb. Hazırda biz xüsusilə 1980-ci illərin layihələrinin seriyalı istehsalı ilə məşğul oluruq. Bundan sonra nə olacağını heç kim bilmir”.

Tarix
2018.02.23 / 12:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla