Yuxarı

Trampın qızı da işə qarışdı: Koreyaya qarşı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya Prezidenti Mun Çe-inlə ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp Seulda keçirilən qapalı görüşün gedişində Koreya yarımadasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Axar.az xəbər verir ki, 35 dəqiqə davam edən görüş zamanı tərəflər Vaşinqton və Pxenyan arasında dialoq və Koreyalararası sammitin keçirilməsi məsələlərinə toxunublar.

İvanka Tramp ABŞ-ın KXDR-ə maksimal təzyiq strategiyası tərəfdarı olduğunu təsdiq edib. Cənubi Koreya prezidenti isə öz növbəsində ABŞ hökumətini Şimali Koreyanın nüvə probleminin həll olunması məqsədilə KXDR-lə aktiv dialoq aparmağa çağırıb.

Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib.

Tarix
2018.02.23 / 20:16
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla