Yuxarı

Kreml dərk etmir ki, artıq obyektdir, subyekt deyil - Sıtin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Serbiyaya səfər edib. Rəsmi açıqlamalara görə, səfərin məqsədi dövlətlərarası ikitərəfli münasibətlərin 180 illik yubileyini qeyd etməkdir.

Səfərdən bir neçə həftə əvvəl isə Avropa Birliyi Balkanlar üçün genişləndirmə strategiyasını açıqladı və Serbiya AB-yə inteqrasiya üçün əsas şərtlərdən birinin Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi olduğunu bəyan etdi. Təbii ki, bu məsələ ilə bağlı ortaya belə bir sual çıxdı: Lavrovun Belqrad səfəri Serbiyanın Avropa Birliyinə üzvlük yolunda mane törətmək cəhdi ola bilərmi?

Lavrovun Belqrad səfəri və onun məqsədi haqda Axar.az-a açıqlamasında rusiyalı politoloq Aleksandr Sıtin deyib ki, səfərin sözügedən prosesə heç bir təsiri olmayacaq:

"Çünki onun Münhen Təhlükəsizlik Konfransındakı çıxışları beynəlxalq vəziyyətə heç bir təsir göstərməmişdi. Rusiya Federasiyası artıq uzun müddətdir ki, beynəlxalq münasibətlərdə subyekt olmaqdan obyekt olmağa keçib, sadəcə olaraq, Kreml bunu heç cür dərk etmək istəmir. Artıq dövlətlər Lavrov və digərlərinə situasiyanı idarə etmək, Kremldəkilərin nə düşündüklərini anlamaq üçün lazım olan qədər qulaq asırlar. Ruslar bunu səhvən dünya siyasi ictimaiyyətinin diqqətinin cəlb olunması kimi dərk edir.

Serbiyaya gəldikdə, orda Rusiya xüsusi xidmət orqanlarının, xüsusilə də kəşfiyyatın çox güclü mövqeləri var.
Hazırda orda rus və sovet kəşfiyyatı ilə əməkdaşlıq etmiş bir çox insan var və onların çoxu dövlətdəki mövqelərini və əlaqələrini itirməyib. Rusiya Federasiyasından olan kəşfiyyat əməkdaşları ilə çoxsaylı şəxsi əlaqələr mövcuddur. Əgər Serbiyaya hər hansı bir təsir göstəriləcəksə, bu qeyri-rəsmi yollarla olacaq, açıq şəkildə deyil".

Politoloqun sözlərinə görə, Serbiya Avropa Birliyinə üzv olmaq kursunu götürsə də, xalq Yuqoslaviya imperiyasının parçalanması və Miloşeviçin məğlubiyyətinə görə, hələ də NATO-la küsülüdür:

“Onlar başa düşür ki, AB-yə qoşulmaqla perspektivdə NATO-dan intiqam almağı və imperiya ambisiyalarını, xüsusilə də Kosovaya dair bütün arzularını unutmaq lazım gələcək. Psixoloji baxımdan, serblər bu mövzuda ruslara çox yaxındırlar, onlar şanlı tarix, müqəddəs Kosovo və digər mövzularda utopik fikirlərlə yaşayırlar. Bütün bunlardan imtina etmək serblər üçün olduqca çətindir. Lakin hu qərara Lavrovun hər hansı bir nitqi yardım etməyəcək. Ələlxsus hazırkı vəziyyətdə Rusiya Federasiyası Serbiyaya heç bir alternativ təklif edə bilməz”.

Sıtinin sözlərinə görə, Avropa Birliyi Serbiyanı üzvlüyə qəbul etməyə tələsməyəcək.

Qeyd edək ki, son günlər rəsmi Belqrad Brüssellə yaxınlaşma xətti götürüb. Artıq Avropa Birliyi Serbiyanı ittifaqa üzvlüklə bağlı əsas namizədlərdən biri saydığını açıqlayıb. Buna rəğmən Serbiya NATO-dan imtina edib. Brüssellə yaxınlaşmaya baxmayaraq, Serbiya daxilində Moskva ilə əlaqələrə üstünlük verən qüvvələrin aktivliyi də artıb.

Lavrovun Belqrad səfəri fevraliın 21-də baş tutub.

Tarix
2018.02.24 / 23:50
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla