Yuxarı

Bu çay uğrunda böyük müharibə başlaya bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nil çayı üzərində tikilən su anbarı 3 ölkə arasında gərginliyə və su müharibəsinə səbəb ola bilər.

Qaynarinfo.az xəbər verir ki, Nil çayının qollarından olan Mavi Nil üzərində Efiopiya tərəfindən tikilən su anbarı Misir tərəfindən narazılıqla qarşılanır. Misir üçün müqəddəs olan Nil çayı üzərində anbar tikintisinə hələ Ərəb Baharı dövründə start verilib.

Efiopiyada növbəti 30 ildə demoqrafiq partlayış və əhali sayında kəskin artım gözlənilir. Bu səbəbdən ölkədə inkişaf üçün müəyyən sənaye bölgələri və enerji mərkəzlərinə ehtiyac var. Layihə ilə Afrikanın ən böyük su-elektrik stansiyası və dünyanın ən böyük 3-cü su anbarı tikilir.

Suyunun 85%-nin mənbəyini Efiopiya dağlarından alan Nil üzərində reallaşdırılan bu layihə Misiri narahat edir. Çünki anbarın tikintisi ilə Efiopiya Nilin axışını idarə edə biləcək gücə sahib olacaq. Efiopiya Su və Elektrik naziri Seleşi Bekele "Bu Efiopiyanın ən böyük layihələrindən biridir. Məqsədimiz su axışını idarə etmək deyil, enerji ilə inkişaf üçün fürsət yaratmaq. Tikinti digər ölkələrə də faydalı olacaq" açıqlaması ilə Misirin narahatlığını əsassız adlandırır.

Nil Sahilində yerlən Sudan isə layihədən razıdır. Sudan sərhəddinə yalnızca bir neçə km məsafədə yerləşən anbarda istehsal ediləcək ucuz elektrik enerisini bu ölkəyə çatdırmaq üçün elektrik dirəkləri artıq hazırlanıb. Anbar qabarmaların çox olduğu çaydakı bu problemi və suvarma sistemi üçün yaratdığı çətinliyi də aradan qaldıracaq.

Misirdə isə 2025-ci ildən etibarən su qıtlığı gözlənilir. Misir üçün həyati əhəmiyyət daşıyan Nil üzərindəki anbar bu ölkə tərəfindən təhlükə hesab edilir. Misir su qaynaqları və sulama naziri Məhəmməd Əbdül Ati bildirir:

"Biz 100 milyonluq bir xalqa cavabdehik. Misirə çatan suyun 2% azalması, 81 ha əkin sahəsinin itirilməsi deməkdir. Ölkədə bir ailədə təxminən 5 nəfər var və 1 ha 1 ailəyə bəs edir. Bu vəziyyətdə 1 milyon nəfər işsiz qalacaq".

Su-elektrik stansiyası su istifadə etmir, amma anbarı doldurma sürəti suyun axışına təsir edəcək. Misir 1960-cı illərdə oxşar layihə ilə "Asvan" anbarını inşa edib. Efiopiyada nəhəng layihəni beynəlxalq yardım olmadan öz gücünə inşa etmək istəyir. Son 5 ildə stansiyanın 2/3-sinin tikintisi yekunlaşıb, lakin Misir, Sudan və Efiopiya arasında razılaşma əldə edilməyib və gərgin vəziyyət hələ də hökm sürür.

Tarix
2018.02.25 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla