Yuxarı

PKK Şirvanda 3 mühafizəçini qaçırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tikinti obyektinə hücum edən PKK-lı terroristlər bir avtomobili bomba ilə sıradan çıxardaraq tikintidə işləyən 3 xüsusi mühafizə işçisini qaçırdıb.

Axar.az xəbər verir ki, hadisə saat 00:30-da Türkiyənin Siirt bölgəsindən 15 km aralıda yerləşən Şirvan mahalı magistral yolu üzərindəki Tavan bölgəsində baş verib.

Özəl şirkətə aid HES tikinti obyektinə hücum edən bir qrup PKK-lı avtomobillə patrul keşiyi çəkən xüsusi mühafizə işçisinin avtomobilinin yolunu silahla hədələyərək kəsib.

Üç təhlükəsizlik işçisini avtomobildən endirən PKK-lı yaraqlılar daha sonra avtomobilin altına uzaqdan idarə edilən bomba yerləşdiriblər. Bombanı uzaqdan idarə edərək partladan terroristlər avtomobili yararsız hala salıblar.

Terroristlər tikinti sahəsindəki başqa bir avtomobillə ələ keçirdikləri 3 işçini də əsir götürərək qaçıblar. Hadisədən xəbər tutan bölgə polisi əraziyə polis dəstələri cəlb edib. Bölgədə əməliyyatlar davam edir.

Tarix
2014.08.01 / 08:24
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla