Yuxarı

“Taym” jurnalı Sisi ilə Ərdoğanı yarışdırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü il "İlin adamı"nı seçmək üçün səsvermə keçirən "Taym" jurnalı, baş nazir Ərdoğan və Misir müqavimət hərəkatının rəhbəri general Sisini eyniləşdirərək səsverməyə çıxarıb.

"Taym" jurnalının hər il təyin etdiyi "İlin adamı" bu il yenə redaktorların seçimləriylə təyin olunacaq, ancaq eyni zamanda səsvermə də başlayıb. Bu ilin seçim sistemində iki namizəd arasında seçim şansı var.

Səsvermə dekabrın 4-də sona çatacaq, qalib dekabrın 6-sında məlum olacaq. Seçimlər iki şəxs arasında aparılacaq. Bu şəxslər arasında Türkiyə baş naziri R.T.Ərdoğan ilə iyulun 3-də Misirdə Məhəmməd Mursini devirən ordunun baş qərargah rəhbəri Əbdülfəttah əl-Sisi arasındakı uyğunlaşma xüsusilə Ankarayla Qahirə arasındakı əlaqələrin həddindən artıq gərginləşdiyi dövrdə diqqət çəkir.

Müqayisə edilmə səbəbi belə açıqlanıb:

Ərdoğan: Türkiyənin, ölkəsindəki "Wall Streei İşğal Et" üslublu etirazları (Gəzi parkı) ört-basdır edən, sözündən çəkinməyən baş naziridir. Onu tənqid edənlər etirazlara müdaxilənin Ərdoğanın avtoritar xəttinin bir işarəsi olduğunu bildirib.

Sisi: Misirin Müdafiə Naziri və baş qərargah rəhbəridir; bu il demokratik şəkildə seçilən prezident Mursinin mübahisəli şəkildə devrilməsinə başçılıq edib.

Ərdoğan və Sisi arasında say fərqi dəqiqəbədəqiqə artır. Hal-hazırda Sisinin səs sayı yüzdə 70-lə Ərdoğanın səsindən çoxdur.

Tarix
2013.11.26 / 17:22
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla