Yuxarı

ABŞ Senatı “aqressiv diplomat”ı Rusiyaya göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı "aqressiv diplomat" ləqəbi ilə tanınan Con Tefftin ABŞ-ın Rusiyada rəsmi səfiri olmasını təsdiq edib.

Axar.az xəbər verir ki, Kremlin xarici siyasət məsləhətçisi Yuri Uşakov rəsmi Vaşinqtonun Tefftin səfirlik təklifini qəbul etdiklərini söyləyib.

Mövzuyla əlaqədar açıqlamasında Uşakov, "Mən cənab Teffti yaxşı tanıyıram. Fikrimcə, peşəkar diplomatdır. Rusiyanı yaxşı tanıyır və rus dilini mükəmməl bilir", - deyə "aqressiv diplomat" haqqında müsbət rəy söyləyib. Tefftin daha öncə Gürcüstan və Ukraynada səfir olduğunu deyən Kreml sözçüsü ABŞ diplomatı haqqında ağızdolusu danışıb:

"Cənab Tefftin Gürcüstan və Ukraynada necə işlədiyi haqqında danışmağa ehtiyac yoxdur. Çünki bunu hər kəs yaxşı bilir".

Qeyd edək ki, ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol ailəvi vəziyyətinə görə fevral ayında vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Tefft 1996-1999-cu illərdə ABŞ-ın Rusiyadakı səfirinin köməkçisi, 2000-2003-cü illərdə ABŞ-ın Litvada səfiri, 2005-2009-cu illərdə ABŞ-ın Gürcüstanda səfiri və 2009-2013-cü illərində Ukraynada səfir vəzifəsində çalışıb. Ekspertlər ABŞ diplomatının danışıqlarda kompromisə getməyən sərt siyasətçi olduğunu bildirir. Tefft daha əvvəl dəfələrlə Rusiyanın siyasətini tənqid edib.

Tarix
2014.08.01 / 23:06
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla