Yuxarı

Daha üç ölkə qarın əsirinə çevrildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropaya Sibirdən gələn və “Şərqdən vəhşi heyvan” adlandırılan atmosfer axını İsveç, Danimarka və Norveçdə çoxlu yağıntıya, temperaturun kəskin aşağı düşməsinə səbəb olub.

Axar.az xəbər verir ki, İsveçdə şəhərlərarası dəmir yolu nəqliyyatının hərəkətində fasilələr müşahidə edilib. Stokholm və Uppsala şəhərləri arasında geniş istifadə olunan qatarların da hərəkətində problemlər yaranıb. Mürəkkəb hava şəraiti, həmçinin Stokholmu ətraf şəhərlərlə birləşdirən elektrik qatarlarının işinə də təsir göstərib. Yollarda xeyli sayda yol-nəqliyyat hadisələri baş verib. İsveçin nəqliyyat idarəsi ölkənin cənub hissəsində yaşayan avtomobil sahiblərinə bu günlərdə şəxsi nəqliyyatdan istifadə etməməklə bağlı müraciət edib.

Stokholmda şəhər hakimiyyəti tərəfindən evsiz-eşiksiz olanlar üçün yaradılan xüsusi mərkəzlərə 170-dən artıq adam müraciət edib. Lakin şəhər rəhbərliyinin səylərinə baxmayaraq, ölüm hallarından yaxa qurtarmaq mümkün olmayıb. Belə ki, Savsjö yaşayış məntəqəsində Burkina-Fasodan olan sığınacaq istəyən qadın donvurma nəticəsində dünyasını dəyişib.

İsveçin şimal hissəsində isə hakimiyyət orqanları Kebnekayse dağının ətrafındakı yaşayış məntəqələrinə qar uçqunu ehtimalı barədə xəbərdarlıq ediblər.

Pis hava qonşu Norveçdə də böyük problemlərə səbəb olub. Yerli KİV-lərin məlumatına görə, ölkənin cənub hissəsinin əksər şəhərlərində termometr mənfi 30 dərəcəni göstərir. Hedmark quberniyasında isə mənfi 42 dərəcə qeydə alınıb.

Atmosfer axını özü ilə şiddətli külək də gətirib ki, bu, vəziyyəti daha da ağırlaşdırıb. Bəzi dağ regionlarının hakimiyyət orqanları əhaliyə müraciətlərində belə vəziyyətin çox təhlükəli olduğunu bildirib və ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı məsləhət görüblər.

Tarix
2018.03.02 / 00:24
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla