Yuxarı

Keçmiş azərbaycanlı polis Almaniyadan çıxarıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan polisinin keçmiş əməkdaşı Səid Camalov Almaniyadan deportasiya edilib.

Virtualaz.org xəbər verir ki, Zelb şəhərinin polisi gecə yarısı 33 yaşlı Səidin, həyat yoldaşı Mətanətin və dörd uşağının yaşadığı evə hücum edib. Azərbaycanlıları ən zəruri əşyalarını təcili şəkildə toplamağa məcbur edərək Münhen şəhərinin hava limanına aparıblar. Qaçqınlara Yardım Assosiasiyasında hüquq-mühafizə orqanlarıının bu cür hərəkətlərindən heyrətə gəliblər.

Səid Camalov Azərbaycanda polis əməkdaşı olub. Rəhbərliklə mübahisədən sonra işdən uzaqlaşdırılıb. Sonradan çörək pulunu ekskavator sürməklə qazanıb. Lakin bu işdən məmnun olmayıb, Avropaya üz tutub.

İlk olaraq Qərbə Səidin 39 yaşlı həyat yoldaşı – tibb bacısı işləyən Mətanət yollanıb. 2011-ci ildə o, uşaqları Elçinlə Ayanı götürərək Fransaya köçüb.

Camalov 3 ildən sonra onların dalınca gedib. 2014-cü ildə ailə Almaniyanın Tsirndorf şəhərində yenidən qovuşub, daha sonra isə Zelb şəhərinə göndərilib. Burada onların daha iki uşağı anadan olub – Nur və Mert.

Qaçqınlara Yardım Assosiasiyası ailəni himayəsi altına alıb və indi onlar çox həyəcanlıdırlar. "Bəli, onlara sığınacaq verilməsindən imtina ediblər, lakin ölkədə yaşamaq haqları vardı və buna görə də daha tolerant qərara ümidli idilər, - Assosiasiyanın əməkdaşı Hella Felker deyir. – Səid Camalov və həyat yoldaşı, şübhəsiz ki, cinayətkar deyildilər və onlar təhlükə törətmirdilər. Əksinə, özləri və uşaqları alman cəmiyyətinə inteqrasiya olunmağı çox istəyirdi”.

Yuxarı Frankoniya torpağının Əcnəbilərlə iş üzrə Mərkəzi İdarəsindən verilən məlumata görə, azərbaycanlı ailənin sığınacaq üçün müraciətinə rədd cavabı verildikdən sonra onlara Almaniyanı könüllü şəkildə tərk etmək imkanı yaradılıb. Lakin müəyyən edilmiş müddətdə onlar ölkəni tərk etməyiblər və deportasiya olunublar. "Onları gecə vaxtı narahat etmələrinin səbəbi isə odur ki, ailə təyyarə reysinə çatmalı idi”, - idarədən izah olunub.

Tarix
2018.03.04 / 22:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla