Yuxarı

ABŞ əsgərləri öz ölümlərini çəkdi - Video/18+

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mali ilə sərhəd ərazisində patrul xidməti aparan amerikalı və nigeriyalı hərbçilər İŞİD yaraqlılarının pusqusuna düşüb.

Oxu.az xəbər verir ki, hələ ötən ilin oktyabrında baş vermiş döyüşün videogörüntüləri bu gün yayılıb.

Bildirilir ki, amerikalı 11 “yaşıl beretli”, Nigeriya ordusunun 30 hərbçisi və tərcüməçilərdən ibarət patrul oktyabrın 3-də bazadan çıxıb. Onların adi bir missiya yerinə yetirəcəyi və düşmənlə toqquşmanın olmayacağı planlaşdırılıbmış.

Lakin patrul zamanı hərbçiləri terrorçuların başçısının olduğu ərazini yoxlamağa göndəriblər. Yaraqlıları bazada tapmayan xüsusi təyinatlılar geriyə qayıdarkən pusquya düşüblər.

Dəstənin bir hissəsinin pusquya düşdüyü barədə məlumat aldıqdan sonra ikinci qrup onların köməyinə gedib. Hadisə yerinə gələn hərbçilər yüksək keçidli maşınların arxasında gizlənərək, hücum edənlərlə döyüş aparan bir neçə "yaşıl beretli"ni aşkarlayıblar.

Atəşi İŞİD yaraqlıları üzərində cəmləyən amerikalı və nigeriyalı hərbçilər avtomobillərin arxasında gizlənərək, geri çəkilməyə cəhd göstəriblər. Onlar özlərinə atəş açanların işini çətinləşdirmək üçün tüstü qumbaralarından istifadə ediblər.

Atışmada ABŞ xüsusi təyinatlılarından biri ölümcül yara aldıqdan sonra digər ikisi gizlənməyə çalışır, lakin təqib edən yaraqlılardan xilas ola bilmirlər.

Qeyd olunur ki, döyüş nəticəsində 35 yaşlı serjant Brayan Blek, 39 yaşlı serjant İeremiya Conson və 29 yaşlı serjant Dastin Rayt öldürülüb. Həlak olan başqa bir hərbçi və iki yaralının adları açıqlanmır.

Döyüşdə dörd nigeriyalı hərbçi də öldürülüb.

Qanlı toqquşmanın ABŞ hərbçilərindən birinin başına bərkidilmiş kamera ilə qeydə alınmış görüntülərini təqdim edirik.

Tarix
2018.03.05 / 02:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla