Gürcüstanda heç kim inqilaba icazə verməz - Kobaxidze
23:52
Ana səhifə Planet |
Hindistanda Milan-2018 hərbi dəniz təlimləri start götürüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Tayms İndia” qəzeti yayıb. Qəzet təlimin martın 13-nə qədər davam edəcəyini bildirib.
Andaman və Nikobarsk adalarında baş tutan təlimə ümumilikdə 9 ölkədən 28 gəmi qatılıb. Bu gəmilərdən 17-si Hindistana, 11-i isə Avstraliya, Banqladeş, İndoneziya, Malaziya, Myanma, Sinqapur, Şri-Lanka və Tailanda məxsusdur.
Qeyd edək ki, “Milan” təlimləri 1995-ci ildən keçirilir. Bu il təlimə rekord sayda ölkə qatılıb. Təlim iki ildən bir baş tutur.
Tarix
2018.03.07 / 10:10
|
Müəllif
İlkin Həsənov
|