Yuxarı

Netanyahu adaların Səudiyyəyə verilməsinə razı olub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Misir arasında sülh müqaviləsinin tərkib hissəsi olan Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi üçün İsrailin təsdiqinə ehtiyac duyulub.

Axar.az xəbər verir ki, bu barədə İsrail qəzeti "İsrael Hayom" məlumat yayıb.

Qeyd edilir ki, Misir Prezidenti Əbdülfəttah Sisi sözügedən məsələ ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahudan adaların Səudiyyə Ərəbistanına verilməsi üçün icazə alıb. İsrailin razılıq verməsi xəbəri isə Təl-Əvivin Qahirədəki səfirliyi vasitəsilə bildirilib.

Xatırladaq ki, ötən il Misir Prezidenti Əbdülfəttah Sisi Qırmızı dənizdəki iki məskunlaşmamış adanın - Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi haqqında sazişi ratifikasiya edib.

Ötən ilin yanvar ayında Misir Ali Məhkəməsi həmin adaların verilməsinə dair hökumətin təklif etdiyi layihəni geri qaytarmışdı. O vaxt məhkəmədə bildirmişdilər ki, hökumət adaların Səudiyyə Ərəbistanının ərazisi olduğu barədə yetərincə dəlil-sübut təqdim etməyib.

Bir qədər əvvəl Misir hökuməti bəyan etmişdi ki, Tiran və Sanafir adaları bu ölkənin nəzarətinə yalnız 1950-ci ildə keçib və onların Səudiyyə Ərəbistanına verilməsi barədə saziş Misirə iqtisadi fayda gətirə bilər.

Tarix
2018.03.08 / 17:10
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla