Yuxarı

Üçüncü müharibədən imtina: Kim Çen niyə yumşaldı – İsti şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu görüş Şimali Koreya ilə Cənubi Koreya arasında danışıqları intensivləşdirə bilər.

Bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampla Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen arasında gözlənilən görüşü şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi görüş baş tutacağı təqdirdə vəziyyətin xeyli stabilləşə və dünyanın gərginlik mərhələsindən qurtula biləcəyini bildirib:

“Çünki Amerika gəmiləri Şimali Koreya sahillərinə yaxınlaşdıqda nüvə təhlükəsi çox böyük idi və hətta Üçüncü Dünya müharibəsinin başlaması riski var idi. Amerikanın gəmiləri və yaxınlıqda Cənubi Koreyanın paytaxtı Seul vurulsaydı, bu, çox böyük toqquşmalara, insan təlafatına gətirib çıxaracaqdı. Tərəflərin bu addımlardan vaxtında geri çəkilməsi çox yaxşıdır. Olimpiada da bu gərginliyin azaldılmasında mühüm rol oynadı. İndi Şimali və Cənubi Koreya arasında danışıqlar başlayıb. Əgər Amerikanın da bu istiqamətdə siyasəti yumşalsa, bu, xeyli mənada gərginliyin azalmasına səbəb olacaq”.

Şimali Koreya ilə Cənubi Koreyanın birləşməsi məsələsinə gəlincə, politoloq bunun mürəkkəb proses olduğunu qeyd edib:

“Cənubi Koreya kapitalist, Şimali Koreya isə kommunist və avtoritar bir ölkədir. Bu iki ölkənin birləşməsi indiki şəraitdə son dərəcədə çətindir. Hazırda əsas məsələ gərginliyin ortadan qaldırılmasıdır. Bu, baş verərsə, Şimali və Cənubi Koreya arasında danışıqlar intensivləşəcək. Bu da iki Koreya ölkəsi arasında yumşalmanı sürətləndirəcək, hətta iki ölkə birləşməsə belə, konfederativ əsasda yaxınlaşma mümkündür”.

Politoloq Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsi ilə bağlı gözlənilən müzakirələrə də toxunub:

“Nüvə silahının istehsalı dayandırılsa, bunun özü artıq böyük bir uğur olacaq”.

Qeyd edək ki, Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Çunq Euy-yonq ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin may ayınadək görüşə biləcəyini və Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsinin müzakirə ediləcəyini bildirib.

Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazır olduğunu təsdiqləyib.

Tarix
2018.03.09 / 11:49
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla