Yuxarı

Türk təyyarəsi havada alovlandı: cəsədlər və qara qutu... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.03.11. 19:56

İranın cənub-qərbində Türkiyəyə məxsus təyyarə qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, sözügedən təyyarə İstanbula BƏƏ-nin Şarika şəhərindən uçurmuş.

Ehtimal edilir ki, qəzaya uğrayan sərnişin təyyarəsi olub.

Olayla bağlı ətraflı məlumat verilməyib.

***

İSNA İran Mülki Aviasiya Təşkilatı Türkiyəyə məxsus sərnişin təyyarəsinin İranın qərbində qəzaya uğradığını açıqlayıb.

Qəzanın İranın Çaharmahal və Bəxtiyariya mahalları sərhədində baş verdiyi bildirilir.

Qəza yerinə xilasedicilər göndərilib.

***

"Röyter" təyyarənin şəxsi olduğunu və göyərtədəki 11 şəxsin hamısının həlak olduğunu yazıb.

***

İranın Fövqəladə Hallar İdarəsinin təmsilçisi Moctaba Xalidi jurnalistlərə açıqlamasında Türkiyəyə məxsus qəzaya uğrayan təyyarənin şəxsi təyyarə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, təyyarə Çaharmahal və Bəxtiyariya mahalları arasındakı Kiar şəhəri yaxınlığında, dağda qəzaya düşüb.

Rəsmi məlumata görə, təyyarənin göyərtəsində 11 sərnişin olub.

***

Türkiyənin Tehrandakı səfiri Hakan Tekin təyyarədə 3 heyət və 8 sərnişin olduğunu təsdiqləyib. O bildirib ki, qəza yeri artıq məlumdur və xilasedicilər ora yollanıblar.

Hakan Tekin təyyarənin qəza səbəbinin hələlik bilinmədiyini deyib.

Təyyarənin “Başaran Holdinq”ə aid olduğu bildirilib.

***

"RİA Novosti" rəsmilərə istinadla təyyarədə ən azı 11, ən çoxu 20 sərnişin ola biləcəyini qeyd edib. Sərnişinlərin 20 nəfər olma ehtimalı haqda RT də yerli mənbələrə istinadla xəbər paylaşıb.

***

"Milliyət" qəzetinin məlumatına görə, təyyarə iş adamı Hüseyn Başaranın qızı Mina Başaranı və 7 rəfiqəsini Dubaydan İstanbula gətirirmiş. Bildirilir ki, onlar Dubaya "Subaylığa vida partisi"ndə iştirak üçün gediblərmiş.

Təyyarənin kapitanının Beril Gebşan, ikinci pilotun isə Məlikə olduğu deyilir.

***

İran mediasının məlumatına görə, hadisə şahidləri təyyarənin hələ havada ikən alovlandığını bildiriblər.

Anadolu Agentliyinin informasiyasında isə deyilir ki, təyyarə yerli vaxtla 13:30-da İranın hava məkanına daxil olub və 14:40-da radarlardan itib.

***

Türk Qızılay Cəmiyyətinin sədri Kərəm Kınık qeyd edib ki, təyyarənin qəzaya uğradığı ərazi dağlıq bölgə olduğundan xilasedicilər ən tez 3-4 saata olay yerinə çatacaqlar.

***

Türkiyə təyyarəsinin qəzaya uğramasına səbəb mühərrikin alovlanması olub.

Bu sözləri İran Fövqəladə Hallar İdarəsinin nümayəndəsi Moctaba Xalidi deyib.

“Təyyarə mühərrikin alovlanması nəticəsində qəzaya uğrayıb. Yerli sakinlər də təyyarənin qəzaya uğramasını görüblər. Havada yanan təyyarə açıq-aydın görünüb”, - Xalidi bildirib.

***

İran Fövqəladə Hallar İdarəsi qəzaya uğrayan türk təyyarəsinin qalığını tapdıqlarını açıqlayıb.

***

Məlumata görə, təyyarə qalxdıqdan bir qədər sonra pilot mərkəzlə əlaqə yaradaraq "təcili eniş tələb edirəm" deyib.

Pilotun bu çağırışından sonra təyyarə ilə əlaqə kəsilib.

***

İranda Türkiyəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan 10 nəfərin cəsədi tapılıb.

Məlumata görə, axtarış-xilasetmə qrupları qəzanın baş verdiyi əraziyə gecə saat 03:00 radələrində çatıb. Xilasedicilər artıq 8 cəsədin kimliyini müəyyən edə bilib. 2 cəsəd yandığı və parçalandığı üçün onların kimliyini müəyyən etmək mümkün olmayıb. Xilasedicilər hazırda bir nəfərin cəsədinin tapılması istiqamətində iş aparır.

Çaharmahal və Bəxtiyariya mahalının vali köməkçisi Cəfər Meydani qəzaya uğrayan təyyarənin qara qutusunun Kiyar bölgəsindəki Helen dağında tapıldığını bildirib.

Qəzada həlak olan Mina Başaranın aprelin 14-də toyu olacaqmış.

Ölən digər sərnişinlərdən Zeynəb Coşqun, Aişə And və Sinəm Akay nişanlı olublar və hər üçünün yayda toyları nəzərdə tutulurdu.

Burcu Gündoğar Urfalı və Jasmin Baruh Siloni hamilə olublar. Liana Hananelin isə 4 aylıq körpəsi qalıb.

***

Təyyarədə həlak olan 9 sərnişin və 2 pilotun son fotoları ortaya çıxıb. Həlak olanların fotonu təyyarədə çəkdirdikləri ehtimal olunur.

Tarix
2018.03.12 / 11:46
Müəllif
Kamran, Orxan
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla