Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2018


Başbuğdan şok: ABŞ Öcalanı bizə verdi, PKK-nı aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

1999-cu ildə ABŞ Abdullah Öcalanı Türkiyəyə verməklə PKK-ya nəzarəti Suriyadan öz əlinə aldı.

Axar.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə açıqlamasında Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ deyib.

“Bunu ilk dəfə deyəcəyəm. ABŞ 1999-cu ildə Abdullah Öcalanı niyə Türkiyəyə verdi? O zamankı Baş nazir Bülənt Əcəvitin açıqlamasını xatırlayın. O, “niyə bunu bizə verdiklərini anlaya bilmədim” demişdi. Mən öz fikrimi sizə söyləyəcəm. Öcalan 1979-cu ildə Suriyaya gedir. Suriyada özünə kürd qruplaşması qurur. Dəməşqdə yaşayanda Öcalan kimin nəzarəti altında idi? Əsəd rejiminin, daha açıq desək, Mühabəratın (Suriya kəşfiyyatı – red.). Təbii ki, buna Rusiyanın da təsiri olub. Onu Suriyadan çıxardıb Türkiyəyə təslim etdilər. Nəticədə terror təşkilatı Suriyanın nəzarətindən çıxdı və Amerikanın nəzarətinə girdi.

ABŞ PKK-ya nəzarəti Qəndil vasitəsilə həyata keçirir. Öcalanın təşkilata təsiri hələ də həbsdən davam edir, amma artıq Suriya faktoru yoxdur. ABŞ-ın Öcalanı Türkiyəyə verməyin əsas səbəbi məhz təşkilata nəzarət idi. Təbii ki, 1999-cu ildən sonra ABŞ-ın PKK probleminin həllinə böyük önəm verdiyini görürük. Bu da Öcalanın Türkiyəyə verilməsinin ikinci səbəbidir. Abdullah Öcalanı həbsxanaya yerləşdirməklə PKK problemini həll etmək mümkün deyil”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın hazırda Suriyada əsas niyyəti İranı zəiflətməkdir:

“ABŞ-ın hazırda Suriyada olmasının əsas səbəbi İŞİD yox, İranın təsirini zəiflətməkdir. Burada da vasitə olaraq YPG-ni istifadə edirlər. ABŞ-da olduğum müddətdə belə qənaətə gəldim ki, Rusiya Suriyadakı proseslərə strategiya kimi yanaşır, amma ABŞ bunu etmir. Amerikada hərbi və siyasi qanad arasında koordinasiya yoxdur”.

O, Türkiyənin NATO-dan çıxmaq məsələsinin dövlətin gündəmində olmadığını bildirib:

“Türkiyənin NATO-dan çıxmasını düşünməsi heç bir zaman doğru addım olmaz. Bizim bu alyansda olmağımız həyati baxımdan önəmlidir. Türkiyə raketdən müdafiə sistemlərini, Amerika daxil olmaqla, Qərbdən tədarük etməyə çalışdı, amma nəticə əldə etmədi. Ona görə də başqa qaynaqdan ehtiyaclarımızı qarşılamaq bizim təbii haqqımızdır”.

Tarix
2018.03.13 / 12:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rus nazir sərxoş qadınla tutuldu - Foto

40 ABŞ əsgəri 300 rus muzdlunu necə qırdı? – Şok detal

İrandan çox şeymi istəyirik? – Pompeo

Ərəbistan Almaniyaya sanksiya tətbiq edir – İrana görə

Putin: Boris Conson bizim casusumuzdur?

NATO-nun kabusu açıqlandı: “Kalibr”, “İsgəndər”...

Paşinyan Sərkisyanı “KQB evi"nə köçürür

Kommunistlərin baş qərargahı partladı: yaralılar var

Trampla əlaqələrimiz nə inkişaf edib, nə də... - Putin

ABŞ-da məktəbdə növbəti atışma: yaralılar var

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla