Yuxarı

ABŞ generalı: Rusiya ilə savaş ssenarisi hazırlayırıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-ın Avropadakı qüvvələrinin toqquşduğu əsas təhdiddir.

Axar.az xəbər verir ki, bunu NATO-nun Avropadakı qüvvələrinin komandanı general Kertis Skaparotti söyləyib. Onun sözlərinə görə, Rusiya regional təhlükəsizliyi destabilizasiya etməyə davam edir və II Dünya müharibəsindən sonra Avropada stabilliyi təmin edən beynəlxalq hüquq normalarını pozur:

“Bizim strateji prioritetimiz Rusiyanın qarşısını almaq və onun Avropadakı müttəfiqlərimizə neqativ təsirinə mane olmaqdır. Amerikalı hərbçilər Avropa dövlətlərinin Rusiya aqressiyasından qorunması ilə bağlı fərqli variantlar işləyib hazırlayır. Bunlar sırasında Rusiya ilə hərbi qarşıdurma ssenarisi də var. Hərbi qüvvələrimiz hələlik Rusiya təhdidi ilə mübarizə üçün yetərli deyil.

Rusiya təkcə Avropada aktiv deyil. O, Yaxın Şərqə də müdaxilə edir. Onun müdaxiləsi ilə Suriyada Bəşər Əsəd rejimi güclənib, İran öz təsirini Levanta regionuna qədər yayıb. Moskva həmçinin Yaxın Şərq ölkələrinə aktiv yardımlar etməklə Səudiyyə Ərəbistanı, Misir, Liviya və Kiprdə öz təsirini genişləndirib. Bu cür güclənmə regional dinamikanın dəyişməsinə gətirib çıxarır, İsrailin təhlükəsizliyinə, Livanın stabilliyinə və ABŞ-ın maraqlarına neqativ təsir edir. Rusiya hazırkı dünya nizamını dəyişməyə cəhd edir”

Tarix
2018.03.13 / 14:07
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla