Yuxarı

QRU zabitini zəhərləyən qazın yaradıcısı türk çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan rusiyalı kimyaçı Vil Mirzəyanov Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində istifadə edilən “Noviçok” sinifinə aid qazın formulunun Rusiya tərəfindən gizli saxlanıldığını bildirib.

Axar.az xəbər verir ki, Mirzəyanov bu qazdan Moskvadan başqa heç kimin istifadə etmək imkanının olmadığını deyib. O, bu qazdan zəhərlənən Skripal və qızının heç bir zaman əvvəlki hallarına dönə bilməyəcəyini bildirib:

“Bu qazın təsiri digər sinir iflic vasitələrindən 10 dəfə güclüdür. Digər tərəfdən ondan birdəfəlik sağalmaq mümkün deyil. Bu elə bir vasitədir ki, 10 qramı belə ətraf mühit üçün çoxdur. Yay aylarında onun 2 qramı 500 nəfəri öldürməyə kömək edir”.

Qeyd edək ki, Mirzəyanov əslən tatardır. O, “Noviçok" sinifinə aid qazların işlənilməsində yaxından iştirak edib və bu sinfə aid qazların müəlliflərindən hesab olunur. 1992-ci ildə o, Moskvanı bu qazların istehsalına görə kəskin tənqid edib. Bundan sonra Mirzəyanov dövlət sirrini yaymaqda ittiham edilərək həbs edilib. 1996-cı ildə o, ABŞ-a emiqrasiya edib. Tatar milli hərəkatının əsas liderlərindən biri kimi tanınır.

Tarix
2018.03.13 / 17:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla